21 Oktyabr 2020 02:26

Azərbaycanda yayılmış epidemiya: Göz qripi nədir və ondan necə qorunmaq olar?

Son aylar bütün respublikada yayılmış kəskin respirotor qrip infeksiyasından sonra başlayan daha bir xəstəlik də insanları  narahat etməkdədir. Göz altının torbalanması, gözün ətrafının  şişməsi, sulanması,  qaşınması ilə özünü göstərən bu xəstəliyi çoxları adi qripin fəsadı hesab edir. Gözlərin şişməsi ən az bir  həftə sürür. Əslində isə rastlaşdığımız bu narahatlqı göz qripi xəstəliyidir. Göz qipi nədir, ondan necə qorunmaq olar?

Turkustan.info bildirir ki, bu barədə Bizim Yol-un suallarını oftalmoloq həkim Aynur Hüseynova cavab verir.

“Göz qripini allergiya ilə qarışdıranlar var , lakin göz qripi özü ayrılıqda bir virus xəstəliyidiur. Adenovirüs göz infeksiyası, konyuktivit, xalq arasındakı  ‘göz qripi’ kimi bilinir. Bu xəstəlik konyuktivit torbalarını virus yoluxması nəticəsində  həssaslaşdırır. Gözdə yanma, şişmə, qaşınma, çirklənmə, qızarma , sulanma  başlayır. Bu çox yoluxucu virusdur. Göz qripinin iki ayrı mərhələsi var. İlk mərhələsində göz qapaqları şişir, gözlər qızarır, sulanır və ciddi mənada qaşıntı meydana gəlir. Xəstəliyin sürətlə yayıldığı bu mərhələ təxminən 3-4 həftə davam edir. Yoluxma riskinin azaldığı ikinci mərhələdə isə virus gözün şəffaf təbəqəsini tutur və görmə problemləri yaşanır. Göz qripi zamanı qulaq dibində və çənə altında  vəzlər yaranır və ağrı hiss olunur.

Göz qripi nədir və ondan necə qorunmaq olar?Evdə bir nəfər yoluxdusa digərlərinə də keçmək riski böyüyür. Xəstənin əl-üz dəsmalından başqaları istifadə etməməlidirlər, mütləq şəkildə hər gün onun yastığının üzü  dəyişdirilməli və qaynadılmalıdır.Xəstə adam tez-tez əllərini yumaldır, başqaları ilə yaxın təmas qurmamalıdır. Ortaq eynək, ortaq dəsmal, ortaq makiyaj  vasitələri yoluxmanı sürətlənidir. Linza istifadə edən şəxslər göz qripinə yoluxarkən mütləq linzanı çıxarıb sağalana qədər istifadə etməməlidirlər. Evdə qorunmaq üçün göz üçün tetrasklin məlhəmi çəkə bilərsiniz. Eyni zamanda soğan suyu da yaxşı antiseptik vasitə hesab olunur. Lakin artıq yoluxma başlayıbsa və gözdə qızarma varsa mütləq şəkildə göz üçün damla preparatlardan- antibiotiklərdən istifadə etmək lazımdır. Bu xəstəliyin gedişatında göz tetrasklini zəif  təsir vasitəsidir. Xəstəliyin ən pis cəhəti gözün görmə qabiliyyətini zəiflətməsidir. Əlavə fəsadların yaranmaması üçün  göz damlalarından istifadə edin. Məsələn “Neladeks” və ona bənzər antibiotik göz damlaları  yaxşı təsir göstərir. Əgər gözün biri şişibsə  xəstə gözə gündə 4 dəfə 1 damla olmaqla, sağlam gözə isə gündə 2 dəfə bir damla olmaqla göz üçün antibiotik dərman tökülməlidir. Soyuq kompres qoymaq da müsbət təsir göstərir. Göz qripi isti havalarda da geniş yayıla bilir və isti onun yayılmasını sürətləndirir”,-  deyə həkim bildirib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri