19 Oktyabr 2020 19:53

Akademik Teymur Bünyadovun 90 illiyi ilə bağlı ədəbi-bədii gecə keçirilib – FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarixçi-etnoqraf alim, Əməkdar Elm Xadimi, akademik Teymur Bünyadovun 90 illik yubileyi qeyd edilib.

Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov T.Bünyadovun həyat və yaradıcılığı haqqında məlumat verib.

Bildirilib ki, akademik 856 elmi əsərin, o cümlədən 35 kitab və monoqrafiyanın, 821 elmi məqalənin, “Göz yaşları” romanının, üçcildlik bayatılar kitabının müəllifidir.

Gecədə Xalq Şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professorlar Qəzənfər Paşayev, Şirindil Alışanov, Şahin Fərzəliyev, YAP Yasamal təşkilatının sədri Tağı Əhmədov və başqaları yubilyarı təbrik edib, xoş arzularını bildiriblər.

Tədbir Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə “Qorqud” folklor ansamblının çıxışı ilə davam edib. 

Əməkdar artist Gülüstan Əliyeva, Novruz Novruzlu, Aşur Adgözəlov, Solmaz Kosayeva, Həlimət Sultan, Çilənay Hüseynova, Ülviyyə Sədaqət mahnılar ifa ediblər. 

Sonda akademik Teymur Bünyadov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri