15 Avqust 2020 03:19

Türkmənlər “Kürd planı”nı pozur

Afrində PYD/YPG terrorçularına qarşı hərbi əməliyyatlar davam etdiyi üçün qaçqın düşən türkmənlər öz doğma yurdlarına qayıda bilmir.

Bu açıqlamanı “Cümhuriyət” qəzetinə açıqlamasında İraq parlamentinin sabiq deputatı, türkmən siyasətçi Əkrəm Fevzi verib. Onun sözlərinə görə, İraqda və Suriyada türkmənlərə məxsus ərazilər İŞİD-dən, eləcə də PKK- terror qruplaşmasının işğalından azad edildikdən sonra yerli əhalinin bir qismi öz torpaqlarına dönə bilib. Ancaq evləri dağılmış bir çox türkmənlər hələ də qaçqın həyatı yaşayır: 

“Afrində və İraqda türkmənləri evindən didərgin salan terrorçuları bir daha qınayırıq. Afrində vəziyyət çox qarışıqdır. Orada böyük döyüşlər gedir, partlayışlar baş verir. Yalnız Afrin deyil, əslində bütün Suriya türkləri çox təşviş içərisindədir. İŞİD-dən azad edilmiş bir sıra ərazilərdə hərbi əməliyyatlar hələ davam etdiyi üçün yaşayışı bərpa etmək mümkün deyil. Partlayışlar, bombardmanlar, atışmalar hələ də davam edir. Ona görə də türkmənlərin bir çoxu öz evlərinə qayıda bilmir. Artıq İraqda İŞİD qalmayıb. Bəziləri İŞİD-in 20-30 il mövcud olacağını deyirdi. Amma artıq bu terrorçuların kökü kəsilib. İŞİD-in hərbi gücü məhv edilsə də ideoloji dayaqlarına da son qoyulmalıdır. Çünki İraq ərazisi terrorçuların məskəninə çevrildi. İraq xalqı isə öz iradəsini ortaya qoyub öz ərazisini terrorçulardan təmizlədi. Hazırda Kərkükdə vəziyyət getdikcə qaydasına düşür, qaçqınlar öz evlərinə qayıdır. Türkmənlər Tuz-Kumatıya da dönüblər. Lakin bir çox kəndlərimiz və qəsəbələrimizin əhalisi hələ qaçqınlıq həyatı yaşayır. Çalışırıq ki, onların qayıdışını təmin edək. İraqda türkmənlərin yaşadığı iki ən böyük şəhərdən biri olan Təlafərdən 800 min soydaşımız qaçqın düşüb. Onlar Bağdada, Kərbəlaya, Nəcəfə, Suriyaya, İstanbula səpələniblər. Onların bütün malı-mülkü, nəyi vardısa, İŞİD tərəfindən talan edilib, yandırılıb, məhv olub. Biz orada sosial-iqtisadi vəziyyətin daha yaxşı olmasını istəyirik. Lakin dünya birliyinin, o cümlədən, türk dövlətlərinin bizə dəstək olmasına ehtiyac var”.

Qeyd edək ki, Afrində əməliyyat başa çatdıqdan sonra yerli türkmən əhaliyə muxtariyyət veriləcəyinə dair məlumat yayılıb. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə Afrin və geniş ərazidə türkmən muxtariyyəti təsis etməsə, bir müddətdən sonra apardığı əməliyyatların heç bir müsbət nəticələri olmayacaq:

“Suriyada İraq ssenarisindən daha da pis vəziyyət yaranacaq. Türkiyə Şimali İraqda səhvini şimali Suriyada türkmən muxtariyyəti qurmaqla düzəldə bilər. Suriyada ABŞ, Rusiya və İran qalıcı olacaq. Suriyanın muxtariyyətlərə bölünməsi şübhəsdizdir. Türkiyə bu tarixi şansdan istifadə edərək, Türkmən muxtariyyəti ilə Kürd projesinə ağır zərbə vura bilər”-deyə ekspert bildirib. 

Əkrəm Fevzi hesab edir ki, Afrin türkmənlərinə muxtariyyət verilməsi tarixi zərurətə çevrilib:

“Əvvəla, o bölgənin adı Afrin deyil, Afərindir. Afərində muxtariyyət qazanmaq türkmən xalqının hüququdur. Beynəlxalq insan haqları normalarına uyğun olaraq, türkmənlər öz haqqına sahib çıxmalıdır”. 

Sabiq millət vəkili onu da bildirdi ki, türkmənlər dəfələrlə humanitar yardım üçün Azərbaycana müraciət etsə də, rəsmi Bakı heç bir cavab verməyib:

“Türkmənlərin hazırda böyük zülm altında yaşadıqları bütün dünyaya məlumdur. Həm Türkiyənin, həm Azərbaycan kimi qardaş ölkələrin belə ağır gündə türkmənlərin yanında olmalarına ehtiyac var. Çünki İraq və Suriya türkləri bu gün çox əziyyət çəkir. Türk dünyasının, o cümlədən, Azərbaycanın mənəvi dəstəyinə böyük ehtiyacımız olsa da, biz bunu görmürük. Fəxrimiz olan Azərbaycan nə zaman bizim yanımızda dayanacaq? Heç bir yaralımızı, xəstəmizi müalicə etmədilər. Türkiyə, Azərbaycan Fələstinə, Qəzzaya qayğı göstərdiyi kimi bizə də eyni münasibəti göstərsin. Qarabağa, Təbrizə, Kərkükə ürək yanğısı ilə yanaşmaq lazımdır. Biz türkmən olduğumuza görə hər gün qurbanlar veririk. Bizim kökümüz, soyumuz, qanımız birdir. Maddi varlığımız, mədəniyyətimiz yox olmaqdadır, qətliama uğramaqdayıq. Mən gəldim Bakıda parlamentin sədri, millət vəkilləri ilə görüşdüm. Amma əməldə heç bir nəticə görmədim. Bağdadda Azətrbaycan səfirliyini mən qurmuşam, Azərbaycanın bayrağını Bağdadda mən qaldırmışam. Mən nə hərbi, nə siyasi dəstəyi nəzərdə tutmuram. Bizim humanitar yardımalara ehtiyacımız var. Azərbaycan İraqda terror aktlarını pisləyən bir bəyanat, məktub belə göndərmədi. Mən yaxşı bilirəm ki, Azərbaycan prezidenti də, dövləti də, xalqı da bizi çox sevir. Amma bunu göstərən bir addım atılması türkmənləri çox sevindirər. Nəsirəddin Tusinin, Məhəmməd Füzulinin məzarları bu torpaqlardadır. Füzulinin məzarı olan məsciddə müqəddəs yer kimi namaz qılırlar. Onun şeirləri İraq türkmənləri arasında əzbərdir. Nəsirəddin Tusinin Kazmeyndəki məzarı hər zaman ziyarət edilir. Bağdaddan, Kazmeyndən, Kərkükdən, Leylandan, Təlafərdən türkmənlər hər il gedib onun məzarını bir ata-baba qəbri kimi ziyarət edirlər. Ona görə də bu əlaqələri yaşatmaq lazımdır. Hər il 10 nəfər, 100 nəfər türkməni aparıb Azərbaycan universitetlərində ali təhsil versələr türkmənlər də azlıq olmadıqlarını, onlara bir sahib çıxanın olduğunu hiss edərlər”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri