Şb. Okt 19th, 2019

Əcnəbilər azərbaycanlı qızlarda nələri bəyənmir? – 8 DAVRANIŞ

Bakılı qızlar dünyanın ən gözəl xanımları sırasındadır.  Ölkəmiz inkişaf etdikcə turistlərimizin sayı da artır. Təbii ki xarici qonaqlarımız da bizim xanımları çox bəyənir. Amma onların bizim xanımlarımızda bəyənmədiyi bəzi məqamlar da var.

Moderator.az xarici kişilərin bakılı qızlarda gördüyü qüsurları təqdim edir:

Makiyajdan ifrat istifadə…
Bütün xanımların əsas dərdi makiyajdır. Hər bir xanım evdən çıxırsa mütləq kosmetik vasitələrdən istifadə edəcək. Bəyənilməyən əsas  eyib “tonalnıy” kremi üzünə ovucla yaxan qızlara aiddir. Krem altında gizlənən qızlar da xaricilərin diqqətindən yayınmayıb. 

Dikdaban ayaqqabıda anormal yerimək….

Dikdaban ayaqqabını bu qədər çətinliklə geyinməyə ehtiyac yoxdur. “Dolu bədənlərini üzərində gəzdirə bilməyəcək qədər hündür dabanlı ayaqqabılar geyinməkləri qəribə görünür. Sanki indi yıxılacaqlar”.
Sorğu nəticəsində alınan ən çox bəyənilməyən cəhət bu qəbildədndir. Hər bədən ölçüsü üçün düşünülmüş bir ayaqqabı dabanı var. Bəzən ətli qadınların çox uzun dabanlı ayaqqabı geyinərək təzə yeriyən uşaq kimi addımlamasını görmək üçün xarici olmağa ehtiyyac yoxdur.

Картинки по запросу dikdaban

“Tarqovı”nın bu başından o başına gələn ətir…

Bakılı qızların yad kişiləri diksindirən başqa bir əməli ətirdən ifrat istifadədir. 10 metr diametrdə ətirli zona yaradan qadınlarımız az deyil. Yazıq xaricilər neyləsin?

Картинки по запросу ətir vurmaq

Arxa cibdə telefonlar…

Sorğu nəticəsində bəlli olur ki, xarici turistlərin xanımlarımızda gördüyü ilk qüsur böyük mobil telefonlarını arxa ciblərinə qoymasıdır. “Bu gözəlliyi pozan ilk qüsur telefonlarını dar şalvarlarının arxa ciblərinə qoymaqlarıdır. Belə olmasa daha yaxşı deyilmi?”

“Qaşqabağın yerlə gedir, de görüm…”
Qızlarımızın simasındakı qaş-qabaq da xaricilərə yaxşı təsir göstərmirmiş. Bunun nə dərəcədə yaxşı bir hal olub olmadığına qərar verə bilmərik. Amma onu deyək ki, gülümsəmək hər zaman gözəldir.

Telefonunu gözünə təpənlər…
Mobil telefon hər kəsə vacib cihazdır. Amma etiraf edək ki, telefonu bədən üzvünə çevirən qızlarla Bakıda az rastlaşmırıq. “Gözlərin kor olacaq, ay bala” deyən valideynlər qızlarımızda bu eybi xaricilərdən illərcə əvvəl görüblər. Amma neyləyək…

Похожее изображение

Qara, boz və tünd göy geyimlər…
Bu da bir dərddir. Xaricilər də bunu dedi. Xanımlarımızın yeknəsəqliyə üstünlük verməsi, seçilməkdən çəkinməsi bizim üçün yeni xəbər deyil. Kütlənin içində çox az rəngli geyinən qadın görmək olar. Qızlarımız daha çox qara, boz və tünd göy rənglərə üstünlük verir. Amma onu da etiraf edək ki, xaricilər arasında 5 il əvvəl bu sorğu aparılsaydı, hamı ilk olaraq sonuncu – rəng məsələsini önə çəkərdi. Çünki əvvəlki illərdə rəngli geyinənlərə rast gəlmək ümumiyyətlə çətin idi.

Dəbin qulu olmaq…

Dəblə ayaqlaşmaq gözəldir. Amma dəbin hər detalı bütün qadınlara uyğun gəlmir. Xaricilər bəzi xanımlarımızda bu uyğunsuzluğu görüb. Dəbdi deyə bədən ölçülərinə uyğun olmayan, yaraşmayan geyimlərdən qisas almaq… Məsələn, 40 kiloqramlıq qız tulum geyinir…

Paylaş: