03 Dekabr 2020 05:27

Atəşkəs ilk gündən pozuldu – Əsəd hücuma keçdi

Bəşər Əsəd rejimi BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” haqqında qərarını elə ilk gündən pozaraq, hücuma keçib.

Turkustan.info xəbər verir ki, Əsəd rejimi Şərqi Qutaya səhər saatlarında aviazərbələr endirib.

Hücum nəticəsində dağıntılar və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, Küveyt və İsveç tərəfindən hazırlanan qətnamə layihəsi başda Şərqi Quta olmaqla, bütün Suriya ərazisində humanitar yardımların ünvanına rahat çatdırılması üçün atəşi bir aylıq dayandırmağı nəzərdə tutub.  /Axar.az/

Paylaş: