15 Avqust 2020 06:45

Azərbaycanlı politoloq Puerto-Riko mətbuatında erməniləri ifşa etdi

Beynəlxalq məkanda tanınmış azərbaycanlı politoloq Mahir Qurbanovun Puerto Riko mətbuatında Azərbaycan həqiqətləri ilə bağlı yazısı dərc olunub. Azərbaycanlı politoloqun bu günə kimi Puerto Riko mətbuatında heç kəsin əldə edə bilmədiyi uğura nail ola bilməsi İspaniyada böyük ajiataja səbəb olub. Mahir Qurbanov iki həftədən artıq müddətdə bu yöndə çalışsa da, nəhayət məqsədə çatmağa müvəffəq oldu. Beləliklə Mahir Qurbanov Azərbaycan həqiqətləri ilə bağlı yazılan siyasi təhlili Puerto Riko mətbuatına ilk dəfə dərc olunmasına nail olmağı bacardı.
Azərbaycanlı politoloq Puerto Rikonun nüfuzlu dövlət jurnallarının birində- “DİALOGO UPR” (Puerto Riko Universitetinin Dialoq elmi jurnalı) jurnalında “Asiya ərazisində tolerant olmayan ölkələrə qarşı Azərbaycanın mübarizəsi” başlıqlı yazı ilə erməniləri ifşa edən, onların işğalçılıq prinsiplərini və məkirli siyasi mövqelərini açıq aydın ictimailəşdirməyə nail olub.
Məqalədə Xocalı soyqırımı ilə bağlı Ermənistan prezidenti Serj Sarkisyanın “Azərbaycan ermənilərin sivil əhaliyə divan tuta biləcəyimizə inanmırdı. Xocalı əməliyyatı Azərbaycanı buna inandırdı…” fikirlərinin ardından ASALA terror təşkilatının törətdiyi saysız- hesabsız qətliamlardan söz açıb.
Xocalıda qətlə yetirilən günahsız soydaşlarımızın statistik məlumatları ilə yanaşı, yurd-yuvalarından didərgin düşən həmvətənlilərimiz, qeyri insani işgəncələrə məruz qalan ana və bacılarımız, dərisi soyulan körpə uşaqlarımızdan da yazıb.
Mahir Qurbanov yazıda, eyni zamanda Azərbaycanın qonşu ölkələrlə bərabərhüquqlu dostluq siyasəti yürütdüyündən bəhs edib. Azərbaycanın iqtisadi inkişafının qonşu dövlətlərə verə biləcəyi tövhələrdən ermənilərin öz məkirli siyasətlərini yürütmək səbəbindən məhrum olduqlarını dəqiqliyi ilə izah edib.
Puerto Rikonun nüfuzlu elmi jurnalı hesab edilən “DİALOGO UPR”-da ilk dəfə olaraq, geniş oxucu kütləsinə Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərini çatdırmağa müvəffəq olan Mahir Qurbanov bu addımı ilə böyük nailiyyət əldə etmiş olub.
Yeri gəlmişkən, həmyerlimiz Mahir Qurbanov İspaniyanın “Mollet del Valles”, “Radio Juventud Gran Canaria”, “Radio 2 Luces” radiosu və “Badalona” dövlət yeleviziyasına Azərbaycanın iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsi haqqında dəfələrlə çıxışlar edib.
Qeyd edək ki, Barselona Dövlət Universitetinin məzunu olan Mahir Qurbanov VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun “Azərbaycan – İspaniya, İtaliya və Latın Amerikası Media Forumu” layihəsinin rəhbəridir. Onu da əlavə edək ki, Mahir Qurbanov 2011-ci ildə Prezident İlham Əliyevin Ekvador ve Meksika nümayəndə heyəti ilə görüşündə ispan dili üzrə tərcüməçisi olub.

http://dialogoupr.com/azerbaiyan-lucha-contra-la-ignorancia-e-intolerancia-en-la-region-euro-asiatica/

Elnur Eltürk

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri