20 Oktyabr 2020 06:53

Belçikanın paytaxtı Brüssel şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Fevralın 24-də Belçikanın paytaxtı Brüssel şəhərində Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türk Media Birliyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “Avropada Xocalı həftəsi” layihəsi çərçivəsində keçirilən tədbirə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayilov və ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin də iştirak edib. Tədbiri giriş sözü ilə açan Belçika Türk Media Birliyinin başqanı Hüseyn Dönməz Azərbaycanın tarixi torpaqları olan Qarabağın işğalını gerçəkləşdirmək üçün ermənilərin uzun illər bunu planlaşdırdıqlarını qeyd edərək, bildirdi ki, onlar türklərə qarşı soyqırımlar törətməkdən heç vaxt çəkinməyiblər, öz məkirli planlarını daima həyata keçiriblər. “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan qətliamları da onların türk irqinə olan nifrəti, kini olmuşdur. Onlar bu qətliamları törətməklə dinc əhali arasında qorxu yaratmış, daha sonra tarixi Azərbaycan torpaqlarını işğal etmişlər”. Prezident Adminstrasiyasının sektor müdiri Qafar Əliyev Xocalıda yaşanan vəhşətləri anladaraq, qeyd etdi ki, ermənilər keçən əsrdə dəfələrlə Azərbaycan xalqına qarşı soyqırımlar törədiblər.” lakin bizim xalq hər zaman bu qəddarlıqları onlara bağışlayıb, unudublar. Xocalıda baş verənləri isə əsla unutmaq olmaz. Bu bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir”. Belçika-Azərbaycan Dostluq Cəmiyyətnin sədri Ayhan Dəmirçi Xocalıda baş verən ağlasığmaz qətliamların beynəlxalq aləmdə soyqırım kimi tanıdılması üçün çalışdıqlarını bildirərək, bu istiqamətdə bütün diaspor təşkilatlarının bir araya gəlmələrinin vacib olduğunu bildirib. ATXƏM-in sədri İlham İsmayılov çıxışında bildirdi ki, ermənilərin əsl hədəfləri özlərinin uydurduğu dənizdən-dənizə böyük Ermənistan xülyasına inanmalarıdır.Onlar bu xəstə təxyüllərini gerçəkləşdirmək üçün hər cür qəddar addım atırlar. Bu gün erməniləri bağışlasaq belə onlar gələcəkdə yenə də bu cür addımları atacaqlar. Çünki onlar zəhərli bir ideologiya ilə qidalanırlar və bu ideologiya regionda hər zaman barış və sülhə qarşı olacaq.

Elnur Eltürk

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri