03 Dekabr 2020 14:50

Erməni və PKK terrorçuları Azərbaycan-Türk Kültür Dərnəyinə hücum etdi – VİDEO

Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində Niderland Krallığında yerləşən Azərbaycan-Türk Kültür Dərnəyinin Baş ofisinə hücum edilib.

Turkustan.info bu barədə “Ölkə.Az”a açıqlamasında Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın məlumat verib. 

O, hücumun Hollandiyada yaşayan erməni və kürd millətindən olan şəxslər tərəfindən həyata keçirildiyini bildirib:

“Azərbaycanlı millət vəkili Səməd Seyidovun Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Türkiyəyə dəstək çıxışından sonra ofisimizə hücum edilib. Hətta, Türkiyəyə dəstək verdiyimiz üçün bizə bəzi mesajlar da göndərilib. Hücumun erməni və kürd PKK terrorçuları tərəfindən edildiyini ehtimal edirik. Hücum nəticəsində ofisimizin zirehli şüşələri sındırılıb. Hazırda Hollandiya polisi də hadisəni törədən şəxsləri araşdırır”.

 

Paylaş: