Jandarma və polis xüsusi təyinatlıları Afrinə girdi – Təcili

Türkiyənin jandarma və polis xüsusi təyinatlı dəstələri Afrinə daxil olub.

Turkustan.info xəbər verir ki, xüsusi təyinatlı dəstələr Afrinə Kilisin Gülbaba və Hatayın Hassa sərhəd məntəqələrindən girib.

Məlumata görə, ilk dəfədir Afrinə göndərilən jandarma və polis xüsusi təyinatlı dəstələri ilkin mərhələdə azad edilmiş ərazilərdə təhlükəsizliyə nəzarət edəcək və qəfil hücum olmasının qarşısını alacaq. Sonrakı mərhələdə isə Afrinin mərkəzində məskunlaşma ərazilərində gedən və mülki vətəndaşların təhlükəsizliyi baxımından həssaslıq tələb edən döyüşlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Türkiyədə jandarma və polis xüsusi təyinatlıları TSQ Baş Qərargahının sərəncamına verilmişdi.   /Axar.az /

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al