Ça. Noy 19th, 2019

Marketdən aldığı pomidorun içindən görün nə çıxdı – Bakıda qəribə olay – FOTOLAR

Aldığı pomidorun içindən çiyələk çıxdı.

Turkustan.info bildirir ki, bu barədə azxeber.com-a hadisə şahidi məlumat verib. O, Yasamal rayonunda yerləşən marketlərin birindən alış-veriş edərkən pomidor da alıb. Evə gəldikdən sonra o pomidoru kəsib və gördükləri qarşısında şoka düşüb. Belə ki, alınan pomidorun içində hələ yeni cücərməyə başlayan çiyələk olduğu aşkar edilib.

Qeyd edək ki, 2014-cü ildə Nazirlər Kabinetində Geni Dəyişdirilmiş Məhsullarla (GDM) bağlı “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda edilən dəyişikliyə görə Azərbaycanda GDM-li məhsulların satışı qadağan edilib. Ancaq buna baxmayaraq, hələ də ölkə ərazisində geni dəyişdirilmiş ət məhsulları, kolbasa və sosiskalar, dondurmalar, makaron məmulatları, meyvə-tərəvəzlər və bəzi növ uşaq qidalarının satışına rast gəlinir.

Paylaş: