Suriyada hər hansı kiçik bir hesablama səhvi NATO müttəfiqləri arasında birbaşa müharibəyə səbəb ola bilər.
Turkustan.info xəbər verir ki, İngiltərənin “Faynənşl Tayms” qəzeti Vaşinqtonun Suriyada nümayiş etdirdiyi təzadlı mövqeyin Türkiyə ilə müharibəyə gətirib çıxara biləcəyini yazıb.
Yazıda həmçinin Suriyadakı vəziyyətin hazırda Moskva və Tehrandan asılı olduğu bildirilib:
“Moskvanın bu qarışıq vəziyyətdə qana bulanmış investisiyasının zərərini necə kompensasiya edəcəyini görmək belə çətindir. Ötən il Rusiya Prezidenti Vladimir Putin zəfər elan edəcək qədər özündən əmin görünürdü. Ancaq Suriya hazırda idarəolunmaz vəziyyətdədir və Moskva ilə Tehrandan heç olmadığı qədər asılıdır”. /Axar.az/