Bz. Sen 22nd, 2019

Əli Mirəliyevin bu hərəkəti inanclıları qəzəbləndirdi – VİDEO

Maral Tahirqızının videosu narazılıq doğurub.

Turkustan.info xəbər verir ki, gülüş doğuran çıxışları ilə gündəmə gələn müğənninin görüntüləri bu dəfə dindarların etirazına səbəb olub. Belə ki, Maral Tahirqızı yenə özünəməxsus tərzdə mahnı oxuyarkən onun qarşısında əyləşən Əli Mirəliyev “Ya Hüseyn”, “Ya Həsən”, “Ya həzrət Əli” deyib. Ətrafdakı insanlar isə bunu gülüşlə qarşılayıb.

Dindarların Əli Mirəliyevə reaksiyası sərt olub. Onlar müğənninin işlətdiyi sözləri İslamda müqəddəs sayılan şəxslərə qarşı hörmətsizlik kimi qəbul ediblər. İnanclılar tərəfindən Ə.Mirəliyevin bu ifadələri tənqid olunub. Hətta qeyri-didarlar onu sərt şəkildə təhqir edib.

İçərişəhər Cümə məscidində təşkil olunan təziyə məclislərində çıxış edən Natiq Əhmədov bununla bağlı fikirlərini bildirib. O, bütün məsul şəxsləri videoda işlədilən sözlərə reaksiya verməyə çağırıb: “Ruhaniləri, müsəlman ictimai xadimləri, Dini Komitəni, Qafqaz Müsəlmanları İdarəsi bir sözlə Azərbaycanın qeyrətli və iffətli insanları xahiş edirəm, bu məsələyə bir təpki göstərsin”.

Onun sözlərinə görə, bununla milli mənəvi dəyərlərimizə hücum edilir: “Bu əməllər həmçinin şəhid Mübarizlərə, Fəridlərə və bütün şəhidlərin ruhlarına həqarətdir”.

Xatırladaq ki, Əli Mirəliyev həyat yoldaşı barədə danışarkən gündəmə gəlmişdi. O, ” iyirmi ildir ki, arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm”, – sözlərini dedikdən sonra insanlar tərəfindən qınaq obyektinə çevrilmişdi.    /Minval.info/

 

Paylaş: