24 Noyabr 2020 15:38

Bakıda nəhəng park-körpü inşa edilir

Bakıda nəhəng piyada körpüsü inşa edilir.

Turkustan.info bildirir ki, bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirilib.

A.Nəcəfli deyib ki, yerüstü park-körpü “Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin, bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi” və “Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi çərçivəsində inşa edilir.

Paylaş: