18 Yanvar 2021 01:43

Cavid Qurbanov Qarabağ Qazisinə motorlu əlil arabası verdi – FOTO

Turkustan.info xəbər verir ki, Kəlbəcər rayon sakini I Qurup Qarabağ əlili 1984-çü il təvəllüdlü Elşad Ələstan oğlu İbrahimov Millət vəkili Cavid Qurbanov tərəfindən motorlu əlil arabası ilə təmin edilib.

Elşad İbrahimov hərbi xidmətini yerinə yetirərkən erməni silahlı birləşmələrinin snayperdən atdığı atəş nətiçəsində başından yaralanıb. Qeyd edək ki, Elşad vətənpərvərlik mövzusunda silsilə şeirlər müəllifidir.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyi tərəfindən “Yenə Könlüm Kəlbəcərə tələsir” yeni şerlər kitabı çap edilib. Elşad həmçinin Paralimpiya idmanının Bociya idman növü ilə məşqul olur. Hal-hazırda Goronboy rayonunun Yeni Veyisli qəsəbəsində müvəqəti məskunlaşıb.

 

Paylaş: