24 Noyabr 2020 07:35

“Gənclərin İqtisadi Platforması” layihəsi başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Gənclərin İqtisadi Platforması” layihəsi başlayıb.

“Gənclərin İqtisadi Platforması” layihəsi iqtisadiyyat və biznes sahəsində həyata keçirilən layihədir. Layihənin ana məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təkan vermək, iqtisadi inkişafına dəstək olmaqdır.

Layihənin 1-ci günü gənclərə sahibkarlıq fəaliyyəti, iqtisadiyyata giriş, biznes planlama haqqında təlim keçirilib. Layihədə ümumilikdə 25 gənc iştirak edib.

3 gün davam edəcək layihə çərçivəsində gənclərə iqtisadiyyatın bir çox mövzularında müxtəlif təlimlər keçiriləcək.“Biznes plan, biznes planın hazırlanması”, “Menecment- idarəçiliyin əsasları, idarəçilikdə müasir yanaşma”,“Vaxtın səmərəli və effektli idarə olunması” reallaşdırılan fəaliyyət əsasında keçiriləcək təlim mövzularıdır.

Paylaş: