20 Oktyabr 2020 04:26

Müharibə zəngi çalınır: İki dövlət hazırlığa başladı

İsrail və İran arasında başlayacaq müharibənin tarixi açıqlanıb.“Cümhuriyət” qəzeti xəbər verir ki, bununla bağlı iddia ABŞ-da nəşr olunan “The National” jurnalında yer alıb.Jurnalda dərc edilən analitik məqalədə bildirilir ki, İran və İsrail arasında müharibə 2019-cu ildə başlayacaq.Məqalə müəlliflərinin fikrincə, artıq İran bölgədə fəallaşıb.İran İnqilab Keçikçiləri Korpusunun döyüşçüləri Suriyadakı müharibədə iştirak edir.İran həmçinin “Hizbullah”ı dəstəkləyir.

Artıq fevralın birinci yarısında iki ölkə açıq-aydın qarşı-qarşıya gəlib: “İsrail hərbçiləri İrana məxsus Pilotsuz Uçan Aparatı (PUA) vurublar. İran tərəfi də buna cavabsız qalmayıb.İranın dəstəklədiyi Bəşər Əsəd ordusu İsrailə cavab olaraq, bu ölkənin Silahlı Qüvvələrinə məxsus “F-16” qırıcı təyyarəsini vurub.Əgər hadisələr bu templə inkişaf etsə, 2019-cu bu ildə bu iki ölkə arasında müharibə başlayacaq”.

Analitiklər hesab edirlər ki, müharibənin başlamasına səbəb olacaq digər amil, İran daxilində dərinləşən ictimai-siyasi, iqtisadi problemlər olacaq.Qeyd edilir ki, ölkə rəhbərliyi cəmiyyətin diqqətini iqtisadi-siyasi problemlərdən yayındırmaq üçün İsraillə müharibəyə başlayacaq.

Müharibə qapıda

İsrail və İran arasında gözlənən müharibə Suriyanın Cənub bölgələrində başlaya bilər. Bir neçə gün əvvəl bu bölgədə İsrailin nəzarətində olan Qolan Təpələrinə müdaxiləyə cəhd edən İran ordusuna məxsus PUA-nın vurulması artıq tərəflər arasında qarşıdurmaya səbəb ola biləcək gərginlik yaradıb. Hücumdan sonra İsrail ordusu ilk dəfə olaraq, Suriyada müharibənin başlamasından sonra İranın bu ölkədəki hərbi bazasına açıq formada hava zərbələri endirib.Suriyanın cənubunda İran tərəfindən dəstəklənən hərbi qüvvələrin olmasından narahat olan İsrail növbəti belə müdaxilə cəhdində qarşı tərəfə açıq müharibəyə başlayacağı xəbərdarlığını edib.Son günlərdə İran tərəfindən dəstəklənən silahlı birləşmələrin Qolan Təpələrinə müdaxilə cəhdlərinə münasibətini açıqlayan rəsmi Təl-Əviv Tehranın odla oynadığını bildirib.

Ssenari hazırdır

İran tərəfindən dəstəklənən Əsəd ordusunun İsrailin “F-16” təyyarəsini vurması isə vəziyyəti görünən həddə gərginləşdirib.İsrail ordusu bir neçə gün əvvəl buna cavab olaraq, Dəməşqin Kişvə bölgəsindəki İran tərəfindən dəstəklənən birləşmələrə və Düreysdə İran İnqilab Keşikçiləri Korpusuna bağlı 104-cü Alayın bölmələrinə qarşı hücuma keçib.İsrail Əsəd rejiminin Dəməşq yaxınlığındakı 4 hərbi bazası da daxil olmaqla 12 məntəqəni hədəf alıb. Vəziyyətin gərginləşməsini nəzərə alan baş nazir Binyamin Netanyahu təhlükəsizlik və müdafiə strukturlarının təcili toplantısını çağırıb. O, iclasda İran və Əsədə daha sərt cavabın veriləcəyini istisna etməyib. Netanyahu İrana qarşı müharibə ssenarasinin də hazır olduğunu diqqətə çatdırıb və qeyd edib ki, ehtimal edilən qarşıdurmada İsrail ordusu sistemli formada hərəkət edəcək plana malikdir və bu plan İrana sarsıdıcı zərbələr vurmağı nəzərdə tutur.

Amerikanın müharibə hazırlıqları

İran və İsrail arasında təzyiqlərin qalxmasına adekvat olaraq, ABŞ Körfəzdəki hərbi bazalarında müharibə hazırlıqlarına başlayıb.İlk dəfə olaraq, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazasında (Qətərdəki Üdeyd Hərbi Hava Bazası) yüksək səviyyədə “həyəcan siqnalı” verilib.Qərarın İran və Əsəd qüvvələrinin İsrailə məxsus “F-16” təyyarəsinin vurulmasına görə verildiyi bildirilir.

“İsrail İranı gözləməyəcək”

Almaniyalı Yaxın Şərq üzrə mütəxəssis Gil Mursiano hesab edir ki, İranın Suriyada öz nüfuzunu artırmağa cəhd etməsi, bölgədəki xaosu yeni mərhələyə keçirəcək. Mütəxəssis qeyd edir ki, İran Suriyada dəniz və hava bazaları qurub, “Hizbullah”ı İsrailə qarşı gücləndirməyi planlaşdırır: “İranın fəallaşması fonunda, xaos illərində Suriyadakı müharibəyə qarşı bitərəf mövqe sərgiləyən İsrail isə strateji üstünlüyünü itirmək ehtimalı ilə qarşı-qarşıya qalıb. Beləliklə, İsrail Suriyanı ona qarşı poliqona çevirməyə cəhd edən İranla üz-üzə gəlir.Suriya ilə bağlı siyasətində ciddi dəyişikliklərə gedən İsrail bununla daha ciddi riskə gedir.İsrail bir neçə gün əvvəl İrana qarşı müharibəyə hazır olduğunu göstərdi.Halbuki, son hadisələrə qədər İsrail İran məsələsinə həssas yanaşırdı.Lakin son əməliyyatlar aradakı gərginliyin müharibəyə çevrilmə ehtimalını artırdı.Hazırda İsraili tarix maraqlandırır, daha böyük addım atacağı tarix, İranın hansı addım atacağı yox”.

Rusiya və ABŞ-ın mövqeyi

Gil Mursiano bildirib ki, Rusiya İsrailin Suriyaya müdaxilə cəhdlərinə və İranın bu ölkədəki fəaliyyətlərinə səs çıxarmır: “Rusiya bu iki ölkə arasındakı qarşıdurmada tərəf olmaq istəmir. Rusiyanın əsas məqsədi, Əsədi gücləndirməkdir.Hesab edirəm ki, İsrail və İran arasındakı müharibədə Rusiya tərəf olmayacaq”.

Mütəxəssis ABŞ-ın iki ölkə arasındakı gərginliyə hansı mövqedən yanaşdığına da toxunub: “Əvvəllər, ABŞ İsrailin Suriya və Livan siyasətində əhəmiyyətli faktor idi. Suriyada cərəyan edən hazırkı porseslərə münasibət də isə ABŞ bir qədər ehtiyatlıdır.ABŞ meydanı Rusiyaya verib.İsrailin son 2 ildə Rusiyaya aktiv formada yaxınlaşması da buradan qaynaqlanır.ABŞ xarici siyasətdə Suriya məsələsinə əhəmiyyət vermir”.   /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri