24 Noyabr 2020 08:00

Saakaşvilinin xanımı Bakıda: Evliliyindən, həyatından danışdı

Bu gün Bakıda 2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş Sandra Elizabet Rulofsun Azərbaycan dilində tərcümə edilən “Bir idealistin hekayəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Turkustan.info xəbər verir ki, kitabda xanım Sandra Elizabet Rulofs öz həyatı, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili ilə tanışlığı, evliliyi və ailə həyatından bəhs edir.

Rulofs kitabda özünəməxsus bədii üslubla təhsil aldıqları dövrdən hakimiyyətə gəldikləri zamana qədər ailə və çalışmaları barəsində geniş məlumat verib.

Keçmiş birinci xanımın “Bir idealistin hekayəsi” kitabı indiyə qədər 7 dilə tərcümə olunaraq Hollandiya, Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, İngiltərə və Polşada nəşr edilib.

Qeyd edək ki, bu gün Bakıda keçirilən təqdimat mərasimində Sandra Rulofsun özü də iştirak edib. – /azvision.az/

Paylaş: