30 Oktyabr 2020 20:13

Seçkiyə son 44 gün və ilk 15 namizəd: Ən gənci 35, ən qocası 67 yaşındadır – ADBAAD

Növbədənkənar prezident seçkilərinə 44 gün qalır. Seçkilərdə iştirak üçün namizədlərin sənəd qəbulu davam edir. Növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən şəxslərin sayı 15 nəfərə çatıb. Artıq prezidentliyə namizədlər imzatoplama kampaniyasına start verib. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərini MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq. 

Turkustan.info Cebhe.info-ya istinadən prezidentliyə iddialı olan namizədlərlə bağlı məlumatları təqdim edir: 

1.Azərbaycan prezidenti İlham Əliyev. Prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, 2003-cü il avqust-noyabr aylarında Azərbaycan Respublikasının Baş naziri, həmin ilin oktyabrından isə Azərbaycan Respublikasının prezidentidir. Həmçinin, 2005-ci ildən hakim partiyanın sədridir. 57 yaşı var. 

2. Razi Nurullayev. Prezidentliyə namizədliyi “Cəbhəçilər” Təşəbbüs Qrupu tərəfindən irəli sürülüb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir. 2005-2010-cu illərdə parlament seçkilərində namizəd olub. 47 yaşı var. 

3.Milli Məclisin deputatı Qüdrət Həsənquliyev. Prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb. O, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir, 2003-cü, 2008-ci və 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində namizəd olub. 53 yaşı var. 

4.Milli Məclisin deputatı Zahid Oruc. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb. 12 avqust 2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürərək sənədlərini MSK-ya təqdim edib və bununla da təmsil etdiyi Ana Vətən Partiyasının sıralarından azad olub. 46 yaşı var.

5.Milli Məclisin deputatı Fərəc Quliyev. Prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb. 2013-cü il prezident seçkilərində iştirak edib. 9 oktyabr seçkilərində 0.87% -lə yeddinci yeri tutub. 56 yaşı var. 

6.Milli Məclisin deputatı Araz Əlizadə. Prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb. 2013-cü il prezident seçkilərinə qatılıb. 67 yaşı var. 

7. Asif Məmmədov. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb. Haqqında ətraflı məlumat yoxdur.

8. Elşən Həsənov. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb. Azərbaycan Sosialist Partiyasının sədridir. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində namizəd olub. 57 yaşı var. 

9. Hafiz Hacıyev. Prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb. Hafiz Hacıyev 2003-cü il prezident seçkilərində iştirak edib və xalqdan 0,3% səs qazanıb. 2008-ci il prezidenti seçkilərində yenidən iştirak edib və 7 namizəd arasında yenidən sonuncu yeri tutub. Bu seçkilərdə Hafiz Hacıyev səslərin 0.64% -ni (23.771 səs) toplayıb. 62 yaşı var. 

10.Fuad Əliyev. Prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb. 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezident postuna namizədləyini irəli sürüb. Bu seçkilərdə 7 namizəd arasında 0.77% (28,423 səs) toplamaqla altıncı yeri tutub. 48 yaşı var. 

11.Tural Abbaslı. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb. O, AG Partiyanın başqanıdır. 36 yaşı var.

12.Anar Umudov. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb. Hüquqşünasdır. “Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri” şirkətinin rəhbəri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 35 yaşı var.

13. Ramazan Bəkirov. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb. Haqqında geniş məlumat yoxdur.

14. Əli Əliyev. Prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülüb. Ə.Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərində namizədliyini irəli sürsə də, MSK onun namizədliyinin qeydə alınmasından imtina edib. 51 yaşı var. 

15. Sərdar Məmmədov. Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülüb. Siyasi fəaliyyətinə görə 3 dəfə qısamüddətli həbs olunub. Sonuncu dəfə 2003-cü il prezident seçkilərindən sonra 4 il 6 ay müddətinə həbs edilib və Avropa Şurası tərəfindən siyasi məhbus kimi tanınaraq azadlığa buraxılıb. 64 yaşı var. 

Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri