21 Oktyabr 2020 03:47

İrəvanın Rusiya və Türkiyəni Qarabağda toqquşdurmaq planı

Sabah Ermənistanda prezident seçkisidir – əsas  gözlənti; düşmən ölkənin parlamentli üsul-idarəyə keçidi müharibə riskini azaltmayacaq, çünki…; politoloq: “Ermənistanın radikallığı üzündən vəziyyət partlayışa doğru gedir…”

Sabah – martın 1-də Ermənistan parlamenti bu saxta dövlətin tarixində ilk dəfə ölkə prezidentini seçəcək. Böyük ehtimalla, hakim partiyanın namizədi, İngiltərədəki səfir və imkanlı iş adamı Armen Sərkisyan səsvermənin birinci turundaca həmin postu tutacaq. Təxminən bir ay sonra isə parlament yeni baş nazirin də kimliyini müəyyən edəcək. Bu da yəqin ki, indiki prezident, kriminal “Qarabağ klanı”nın başçısı Serj Sərkisyan olacaq.

Bununla da Ermənistan parlamentli üsul-idarəyə keçəcək və işğalçı ölkədə əsas söz sahibi hökumətin başında duran şəxs olacaq. Ancaq Ermənistan şübhəsiz ki, bu keçidlə düşdüyü iqtisadi-siyasi bataqlıqdan qurtula bilməyəcək. Yəni təcavüzkar ölkənin əsas problemləri – o cümlədən Dağlıq Qarabağ problemi yerində qalacaq. Nəzərə alsaq ki, Ermənistan demokratik ölkə deyil və parlamentli idarəçilikdə də hamı Sərkisyanın ağzına baxacaq, o zaman konkret olaraq Qarabağ məsələsində də rəsmi İrəvanın mövqeyində hansısa konstruktiv dəyişiklik gözləməyə dəymir.

Əksər siyasi şərhçilərə görə isə son konstitusiya dəyişikliyi şousu ilə Sərkisyan rejimi, daha dəqiqi, martın 1-də ikinci prezidentlik müddəti də başa çatan Serj Sərkisyan, sadəcə olaraq, öz siyasi hakimiyyətinin ömrünü uzatmaq istəyib və belə görünür ki, Moskvanın rizası ilə bu hədəfin bir addımlığındadır. Demək, Dağlıq  Qarabağa sair sülh danışıqlarında da real dönüşə ümid bəsləməyə dəymir. Əksinə, müharibə risklərinin artacağını indidən proqnoz eləmək olar. Politoloqlar da bu yöndədir.

*****

“Ermənistanın diplomatik müstəvidə fəaliyyətsizliyi, yarıtmaz mövqeyi və danışıqlarda predmetlərin müzakirəsindən qaçışı Dağlıq Qarabağ məsələsinin həllini radikal bir məcraya yönəldir”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O vurğulayıb ki, müvəqqəti sülh adlandırılan durum hazırda İrəvanın ucbatından çox kövrəkdir.

“Ermənistanın həyasızlığı üzündən vəziyyət partlayışa doğru gedir və demək olar ki, kritik bir xəttə yaxınlaşır. Ermənistan özü də çox gözəl anlayır ki, siyasi, diplomatik və geosiyasi müstəvidə etdiyi cığallıq barışığa doğru əməli addım atmadığı təqdirdə geniş miqyaslı hərbi kampaniyanı qaçılmaz edəcək. Faktiki surətdə kazarma rejimində yaşayan Ermənistanda əhalinin sayı getdikcə azalır və indiki şəraitdə təbii artımdan söhbət gedə bilməz. Çünki Ermənistanda demoqrafik resurslar tükənir. Sərkisyan hökuməti də qarşıdurma xəttini təminatlı şəkildə qorumaqdan ötrü vaxtaşırı Ermənistandakı hərbiçiləri, hətta orduya yenicə çağırılan gəncləri belə Qarabağa göndərir. Ancaq bu gənclər hərbi baxımdan səriştəsizdirlər”, – deyə o qeyd edib.

Politoloqa görə, digər tərəfdən düşmən bilir ki, Azərbaycan ordusu gec-tez Ermənistana öz zərbəsini endirəcək: “Ona görə də qorxudan postlarını qoyub qaçırlar. Hətta iş o həddə çatıb ki, Ermənistan hərbi komandanlığı bunun qarşısını almaq üçün erməni hərbiçilərə qarşı vəhşi üsullardan çəkinmir. Məsələn, Azərbaycan ordusu ermənilərin tutduğu bəzi mövqeləri azad edən zaman erməni əsgərlərin öz postlarına, mövqelərinə zəncirlə bağlandığının şahidi olduq. Bu, vəhşiliyin son həddi idi”.

Ekspert Ermənistan rəhbərliyinin hazırkı narahatlığının səbəblərinə də işıq salıb: “Sərkisyan vaxt tükəndikcə kriktik məqamın yaxınlaşdığını dərk edir. İrəvanın apardığı yalan kampaniyası da göstərir ki, ermənilərin özlərinə ümidləri yoxdur və buna görə də qorxu içərisindədirlər. Ermənistan indi olan-qalan demoqrafik resursunu müxtəlif bəhanələrlə yerlərə təhkim etməyə çalışır. Azərbaycanın mövqeyi düşmən üçün müqayisəyəgəlməz şəkildə fərqlidir. Təsadüfi deyil ki, bu yaxınlarda müdafiə naziri Zakir Həsənov müharibə ehtimalını istisna etmədi. Zənnimcə, müharibə başlayarsa, qələbənin kimin olacağı heç gündəmə belə gəlməyəcək və Ermənistan əbədi Azərbaycanın kölgəsində qalacaq”.

*****

Müharibə perspektivi isə ən çox Ermənistanda təlaş yaratmaqdadır. Birinci o səbəbə ki, mövcud status-kvo işğalçını tam qane edir. Çünki Dağlıq Qarabağ da daxil, Azərbaycan ərazisinin böyük bir hissəsini öz nəzarətində saxlayır və bu faktorla Azərbaycanı şantaj edir. Lakin 2016-cı ildəki 4 günlük  aprel müharibəsi göstərdi ki, staus-kvo elə də möhkəm deyil və istənilən an düşmən tərəfin ziyanına dəyişə bilər.

Təcavüzkar tərəfdə qorxu doğuran ikinci ciddi amil isə əlbəttə ki, getdikcə daha da kəskinləşən ABŞ-Rusiya münasibətləri və Amerikanın Moskvaya qarşı silah embarqosundan dolayı işğalçı Ermənistanın da təzyiqlə üzləşə biləcəyi ilə bağlıdır. “Yeni Müsavat”ın məlumat verdiyi kimi, artıq bu barədə ABŞ-ın İrəvandakı səfirliyi Sərkisyan hökumətini xəbərdar edib. Bu da hamısı deyil.

Erməni hərbi ekspert Ayk Naapetyan hesab edir ki, amerikalılar Rusiya rəhbərliyinə qarşı bu ölkənin bütün sərhədləri boyu konflikt nöqtələrini qızışdıraraq Kremlə baş ağrısı yaratmağa cəhd edə bilər. Bunu o, “Sputnik Armenii” portalına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda da situasiyanın gərginləşdirilməsi Vladimir Putinə amerikalılar tərəfindən seçkiqabağı və ya sonrası üçün hazırlanan sürpriz ola bilər. “Ermənistan prezidenti dəfələrlə bəyan edib ki, yeni müharibə şəraitində Ermənistan Qarabağla hərbi ittifaq haqqında müqavilə imzalayacaq və ona hərbi yardım edəcək. Başqa sözlə, İrəvan da konflikt tərəfi olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan İrəvan KTMT-nin yardımını tam şəkildə istəmək haqqına sahibdir. Azərbaycan tərəfindən konfliktə Türkiyə qarışır. Türkiyənin arxasında isə aydındır ki, NATO dayanır. İndi məsələ odur ki, güc mərkəzləri genişmiqyaslı konfliktə hazırdırlarmı?”

*****

Əlbəttə ki, Ermənistan həmişə olduğu kimi, öz ağası Rusiyaya arxalanır. Yeni Qarabağ müharibəsində isə çox istərdi ki, onu Azərbaycanla qarşıdurmaya cəlb eləsin. Üstəlik, Qarabağda Türkiyə və Rusiyanı toqquşdurub özü kənarda qalsın. Çünki təkbaşına Azərbaycanla bacarmaq gücündə deyil.

Lakin Rusiyanın regionda öz maraqları var bu maraqlar heç də bütünlüklə Ermənistanın maraqları ilə üst-üstə düşmür. Toqquşan maraqlardan biri də budur ki, şimal qonşumuz Dağlıq Qarabağ ixtilafına görə heç vaxt yaxşı münasibətlərdə olduğu Türkiyə ilə üz-üzə gəlmək istəməz. O iki ola NATO ilə. Bunu İrəvanda da bilirlər. Moskva və Ankara isə ermənilərin məkrli planından çoxdan xəbərdardır…     /musavat.com/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri