Avropanı donduran “Şərq canavarı” adlandırılan hava şəraitinin səbəbi 25 dərəcə isinən Şimal qütbü imiş. Orta temperatur -30 dərəcə olan qütbdə hazırda temperatur -5 dərəcəyə qədər yüksəlib.
Turkustan.info xarici mətbuata istinadən bildirir ki, Sibirdən gələn və “Şərq canavarı” adlandırılan soyuq hava kütləsi hələ də Avropaya təsirini davam etdirir. İtaliya paytaxtı Romada 6 il sonra qar yağıb. Qitədə bir həftədə azı 7 nəfər donaraq ölüb.
İngiltərədə son 27 ilin ən sərt qışı qeydə alınıb. Şimal qütbündəki hava temperatunu izləyən mütəxəssislər həftə əvvəlindən bəri mövsüm normasının 25-30 dərəcə üstündə olduğunu bildirib.
Uzun illər temperatur -30 dərəcə olan Şimal qütbündə hazırda temperatur -5 dərəcədir. Bu vəziyyət 2016-cı ildə də müşahidə olunub və buzları ərimə həddinə gətirib. Sibirin şərqindəki Berinq dənizində 1979-cu ildən bəri buz kütlələri ən aşağı səviyyədə olub.
Cebhe.info xatırladır ki, Şimal qütbündə bu vəziyyət davam edərkən Polşada noyabrdan bəri 53 nəfər soyuqdan ölüb. /Cebhe.info/