29 Oktyabr 2020 23:15

Süni düyünü orijinalından necə ayırd edək…

Eyyub Hüseynov: “Tam əminliklə deyə bilərik ki, Azərbaycanda satışda sintetik düyü yoxdur”

Çox az insan tapılar ki, plovu sevməsin. Xüsusilə Novruz çərşənbələrində və bayram günündə hər bir ailə aş bişirməyə çalışır. Ümumiyyətlə, yalnız bayramlarda deyil, adi günlərdə də plov süfrələrdə tez-tez yer alan yemək növüdür. Həmçinin digər yeməklərdə də düyüdən çox istifadə edirik.

Düyülərin tərkibi, mənşəyi  haqqında son zamanlarda yayılan xəbərlər isə əhalini təşvişə salıb. Xatırladaq ki, bir neçə gün öncə mətbuatda plastik düyü satışı ilə bağlı məlumatlar yayılmışdı. Nurlan Məmmədov adlı paytaxt sakini  Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində fəaliyyət göstərən mağazalardan birində plastik düyü satıldığını iddia etmişdi. O, düyünün plastikdən hazırlandığını məhsulun dadından hiss etdiyini, daha sonra həmin düyüdən bir qaşıq tavaya qoyub qazın üzərində qızdırmaqla buna əmin olduğunu bildirib. Paytaxt sakini düyü dənələrinin istilikdən əriməyə başladığını qeyd edib. Qeyd edək ki, düyünün “Aliimdad” adlı firmaya məxsus olduğu bildirilir. Bu xəbərin yayılması isə əhali arasında narahatlığa səbəb olub və insanlar düyü alarkən tərəddüd içində qalır. Əhali arasında belə şayiələr də gəzir ki, “süni” deyilən düyülər əsasən nişastadan və undan hazırlanır, tərkibinə sintetik materiallar və plastik maddələr qatılır. Bu düyülər əsl düyüdən daha şəffafdır, bişərkən əzilmir. Hazırda satışda olan düyülərin əksəriyyətinin Çindən gətirildiyi və Hindistan, Pakistan düyüsü adı ilə satıldığı da yayılan söhbətlər arasındadır.

Bu söz-söhbətlərin əsasının olub olmadığını, ümumiyyətlə Azərbaycana hansı ölkələrdən düyülər gətirildiyini, qiymətlərini öyrənmək üçün bir neçə marketə baş çəkdik. Apardığımız müşahidə əsasında deyə bilərik ki, satışda daha çox yerli düyülər var. Ancaq bununla yanaşı Hindistandan, İrandan və Pakistandan gətirilən düyülər də vitrinlərdə yer alır. Düyülər həm qablaşdırılmış halda, həm də çəki ilə satılır. Yerli düyülər xaricdən gətirilən düyülərə nisbətən daha ucuz idi.

Qiymətlərə gəlincə isə Hindistan istehsalı olan 2 kiloqramlıq “Tamaşa” düyüsü 7 manat 90 qəpik, 910 qramlıq “Mohobbat” 3 manat 35 qəpik, “King Rajah” isə 3 manat 35 qəpiyə satılırdı.  Pakistan istehsalı olan və  torbada satılan  2 kiloqramlıq “Basmati” düyüsü 11 manat 20 qəpiyə təklif edilirdi. Yerli düyülərdən “Richmond” 3 manat 24 qəpiyə, “Azərsun”a məxsus düyülərinin 800 qramlığı 1 manat 67 qəpik, “Ankara” düyüsü isə 1 manat 48 qəpiyə satılırdı.

Qeyd edək ki, İrandan gətirilən düyülər baha olduğu üçün bunu hər mağazada tapmaq mümkün deyil. Kilosu 6-8  manat arasında dəyişən İran düyülərini daha çox çərəz satılan mağazalardan əldə etmək mümkündür. Satıcılar İran düyüsündən hazırlanan plovun dadının və ətrinin bir başqa olduğunu bildirdilər.

“Neptun” marketin satıcısı alıcıların daha çox yerli düyülərə üstünlük verdiyini dedi: “Saxta düyülər bizdə yoxdur. Ümumiyyətlə, kiminsə düyü alıb gətirib ondan narazı olduğunun şahidi olmamışıq. Çindən düyü gətirilmir. Ancaq Pakistan, Hindistan və yerli düyülər var”.

Maraqlıdır, yayılan şayiələrə əsasən narahatlıq keçirən əhali düyü alarkən nələrə diqqət etməlidir? Ümumiyyətlə, doğrudanmı satışda plasmasdan hazırlanmış saxta düyülər var? Bu iddiaların əsası varmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satışda saxta düyünün olmadığını dedi: “Kapron düyü anlayışı, ümumiyyətlə, Yer üzündə yoxdur. Süni düyü Çində hazırlanır və bu Azərbaycana gətirilmir. Biz bu barədə istehlakçılar tərəfindən çoxlu sayda telefon zəngləri alırıq. Hamı bu haqda sual verir və narahatlığını bildirir. Tam əminliklə deyə bilərik ki, satışda süni düyü yoxdur. Biz bu işi daha dərindən araşdırmaq üçün dövlət orqanlarına sorğular göndərəcəyik. Ölkədə qara düyünün olması ilə bağlı çoxlu sayda məlumatlar gəlir. Əhali qara düyünün adi düyüdən 4-5 dəfə baha olduğunu bildirir və Azad İstehlakçılar Birliyindən tələb olunur ki, Astarada istehsal olunan qara düyünün tərkibi yoxlanılsın. Onun tərkibindəki testisitlər və nitritlər yoxlanılacaq”.

Eyyub Hüseynov ile ilgili görsel sonucu

E.Hüseynov düyünü dadlı etmənin yolunun onun dəmlənmə qaydasından keçdiyini dedi: “Hər düyünün özünün dəmlənmə qaydası var. Dəmləmə qaydasını gərək yaxşı biləsən. Məsələn, yerli düyülər tez, xarici düyülər isə gec dəm alır. Ona görə də onları plasmas düyü kimi qəbul etmək düzgün deyil. İstehlakçı malı alarkən onun sertifikatını tələb etmək hüququna malikdir”.

Qeyd edək ki, mütəxəssislər əsl düyülərin ağappaq qar kimi yox, bir qədər tünd, sarımtıl-boz olduğunu bildirirlər. Düyülər hamısı sanki dəzgahdan çıxmış kimi eyni ölçüdə deyil, fərqli boyda, ölçüdə olmalıdır. Biri xırda, biri orta boylu, yan yörəsi əyri-üyrü şəkildə olan düyülər əsl düyü hesab olunur. Əsl düyünün ətri də gözəldir.

Düyünün saxta olub-olmadığını yoxlamağın daha bir üsulu: Bir qaba bir neçə ədəd düyü qoyub üzərinə su əlavə edirsən, bir neçə gün keçir, əgər düyü cücərdisə, deməli, saxta deyil, yox, əgər cücərməyibsə, deməli, saxtadır.    /Yeni Müsavat/

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri