27 Oktyabr 2020 07:42

Türkiyəyə qarşı oyun: BMT-nin atəşkəs qərarı… – ŞƏRH

Suriyada atəşkəs rejiminin bərqərar olması daha çox Əsəd rejimindən və onu müdafiə edən dövlətlərdən asılıdır.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, BMT-nin Suriyada humanitar yardımla əlaqədar atəşkəs çağırışı hələ də bəzi dövlətlər tərəfindən yerinə yetirilmir:

“BMT humanitar yardımları bölgələrə çatdırmaq adı ilə Suriyada atəşkəs elan etdi və əlaqədar dövlətləri bu atəşkəsə yardıma çağırdı. Dövlətlər atəşkəs elan olunmasını bəyənsələr də, bu rejimə əməl etməyə o qədər də tələsmədilər. Məsələn, Rusiyanın Hmeymin bazasına göndərdiyi Su-57 təyyarələri Nüsrə Cəbhəsinə qarşı mübarizə adı altında Şərqi Quta bölgəsini amansız bombardmana məruz qoydu. Bombardman zamanı 400-dən artıq mülki əhalinin həlak olduğu bildirilir. Buna paralel olaraq Əsəd rejimi bölgədə hərbi əməliyyatları genişləndirməkdə davam edir. İranın Haşdi Şabi və Hizbullah qüvvələrinin də bu əməliyyatlarda iştirakı barədə xəbərlər yayılır.

Rusiya, İran və Bəşər Əsəd sözdə atəkəsə tərəfdar çıxsalar da, hərbi əməliyyatları davam etdirirlər. Türkiyənin Afrində apardığı hərbi əməliyyatlar onun sərhəd təhlükəsizliyi ilə əlaqədar olduğundan bu, atəşkəsə o qədər də zərər vermir. Demək, atəşkəs rejiminin bərqərar olması daha çox Əsəd rejimindən və onu müdafiə edən dövlətlərdən asılıdır”.

Politoloq hesab edir ki, hazırkı vəziyyət Suriyada hərbi əməliyyatları dayandırmağa olan inamı xeyli sarsıdır:

“Qərb ölkələrində Türkiyənin Afrin əməliyyatları ilə bağlı daha çox hay-küy qoparılır. Avropa KİV-ləri, eləcə də ayrı-ayrı siyasilər çıxışlarında guya mülki əhalinin həlak olması ilə bağlı PKK mənbələrinə əsaslanaraq Türkiyədən hərbi əməliyyatların dayandırılmasını tələb edirlər və bu tələb hər keçən gün bir az da artır. Türkiyə bu haqsız iddialara cavab olaraq öz sərhədlərinin təhlükəsizliyi naminə antiterror əməliyyatları apardığını, bu əməliyyatların Qərbin özünə də lazım olduğunu vurğulayır. Üstəlik, Afrin əməliyyatlarının sonuna az qalıb, uzağ, bir həftəyə uğurla başa çatdırılacağı nəzərdə tutulur. Bəzi siyasi şərhçilər belə güman edirlər ki, humanitar yardım adı altında Suriyada atəşkəsə çağırış daha çox Türkiyənin Afrin bölgəsində apardığı hərbi əməliyyatların dayandırılmasına yönəlib”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri