28 Oktyabr 2020 16:13

ABŞ-dan dünyaya dollar təzyiqi: Dünyaya müharibə elanı

ABŞ Mərkəzi Bankının funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Departamentinin (FED) yeni sədri Jerome Pauell-ın Konqresdəki ilk pul siyasəti təqdimatının mətni açıqlanıb. FED rəhbərinin çıxışından belə məlum olub ki, ABŞ sərt pul siyasətini bu ildə də davam etdirəcək. Belə ki, FED rəhbəri dolların uçot dərəcəsinin 2018-ci ildə minimum 3 dəfə artırılacağını bəyan edib. Bu da dolların dünya valyutalarına qarşı növbəti bahalaşma dalğasının başlayacağına işarədir. Maraqlıdır ki, FED rəhbərinin çıxışından sonra dollar avroya qarşı möhkəmlənib. 

Məlumdur ki, bu gün dünya birjaları ABŞ dolları üzərində ticarət dövriyyəsi aparır. Dünyada ən dövriyyəli hesab olunan dollar alternativsiz valyuta hesab olundu. Bu da digər ölkələrin daim dollar təzyiqi altında qalması deməkdir.

Digər tərəfdən, dünya bazarında neft qiymətlərinin sabit qalmaması, sürətli dalğalanma şəklində olması xüsusilə, iqtisadiyyatı neftən asılı olan ölkələrin işini çətinə salır. Məlumdur ki, bu gün bir sıra ölkələrin əsas valyuta idxalçısı məhz neftdir. Bu məsələdə də ABŞ-ın xüsusi rolu var. Belə ki, ABŞ son illərdə neft hasilatını dəfələrlə artıraraq ən böyük neft ixracatcısı olan Səudiyyə Ərəbistanı ilə eyniləşdirdi. OPEC ölkələrinin hasilatı azaltmaqla bağlı verdiyi qərardan sonra qiymətlər müəyyən qədər artsa da, ABŞ bazarda boşluğu artıqlaması ilə doldurdu. Bu da qiymətlərin yenidən aşağı çəkilməsinə səbəb oldu. Növbəti mərhələlərdə də ABŞ-ın eyni xətti davam etdirəcəyi gözlənilir. Bu da yaranan vəziyyətin hələ yaxın gələcəkdə də davam edəcəyini deməyə əsas verir.

Görünən odur ki, ABŞ sərt iqtisadi siyasət aparmaqla dünya ölkələrinə qarşı yeni müharibə xətti yaradıb. Artıq neftin və dolların gücündən istifadə edərək dünyanı təzyiq altında saxlamaq istəyir. Ekspertlər hesab edir ki, belə davam edəcəyi təqdirdə yaxın gələcəkdə dünyanı yeni böhran dalğası bürüyəcək. Digər tərəfdən, ABŞ-ın yürütdüyü sanksiya siyasəti də Avropa məkanının iqtisadi gücünü kifayət qədər zəiflədib. Doğrudur, sanksiyalar İran və Rusiyaya tətbiq edilib, ancaq nəzərə alsaq ki, Avropa Rusiya qazından asılı bir vəziyyətdədir, sanksiyaların Avropa məkanına təsiri də çox ciddi olacaq. Təsədüfi deyil ki, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalara Almaniya, İtalya, Fransa kimi Avropa ölkələrindən etiraz bildirilirdi.

Hazırda isə gündəmdə olan dolların faiz dərəcəsinin artırılmasıdır. FED rəhbərinin çıxışından sonra faiz artımına gediləcəyinə şübhə qalmayıb. Nəzərə alsaq ki, FED-in növbəti iclası mart ayında keçiriləcək. Bu isə narahatçılığı daha da artırır.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində dolların dünya bazarındakı rolu hələ uzun illər davam edəcəyini deyib: “Yəni,  dünyada ticarətin 70 faizi dollarla  aparılırsa və dünya ölkələrinin valyuta ehtiyatlarının böyük hissəsi dollar ekvivalentindədirsə, dolların gücü hələ uzun illər davamlı olaraq qalacaq. Sadəcə, FED rəhbərinin çıxışını canlı olaraq dinlədim, bu dəfə obrazlı desək, çox aqressiv danışdı. Faiz artımının 3 dəfə olacağı artıq demək olar ki, dəqiqləşdi. Çünki bəzi ekspertlər faizlərin 2 dəfə artılacağından danışırdılar. Bu çıxışdan sonra artıq dolların uçot dərəcəsinin 3 dəfə artırılacağı dəqiqləşdi. Artıq mart ayında bu ilin ilk faiz artımı gerçəkləşəcək.

FED rəhbərinin çıxışında bununla bağlı işarələr var idi. Çox böyük ehtimalla FED 2018-ci ilin mart, sentyabr və dekabr aylarından faiz artımına gedəcək. Bu faiz artımları isə dollar indeksinin yenidən yüksəliş trendinə keçməsi ilə nəticələnəcək. Çünki kifayət qədər aqressiv faiz artımıdır. 3 dəfə faiz artımı o deməkdir ki, dolların uçot dərəcəsi ən az 0.75 faiz artacaq. Bu da ABŞ kimi ölkə üçün kifayət qədər böyük rəqəmdir. Dollar indeksinin artması təbii ki, bütün dünya valyutalarına qarşı dolların güclənməsinə səbəb olacaq”. 

“Dollar ötən il itirdiyi mövqeləri qaytaracaq”

Ekspert hesab edir ki, FED faiz artımına gedərək dolların ötən il itirdiyi mövqeyini bərpa edəcək: “Bununla da dolların ötən il itirdiyi mövqeyini bu il bərpa etməsi gözlənilir. Çünki ötən il dollar indeksi kifayət qədər aşağı düşdü. Bir il ərzində 102 punktdan 88 punka qədər aşağı düşdü. Bu da dollar indeksinin ən kəskin şəkildə düşdüyü ilk il kimi qeyd olundu. Ona görə də FED rəhbərliyinin dəyişməsindən asılı olmayaraq qəbul olunmuş ilkin fəaliyyət planı yerinə yetiriləcək. FED bu il 3 dəfə faiz artımına getməklə, dolların güclənməsində mühim rol oynayacaq”.    /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri