Özbəkistan prezidenti Azərbaycan prezidentinə başsağlığı verdi
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
Turkustan.info-nun məlumatına görə, Ş. Mirziyoyevin məktubunda deyilir:
“Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi. /Ölkə.Az/