22 Oktyabr 2020 07:13

Qarabağ danışıqlarında yeni mərhələ: Ermənistanın yeni rəhbərliyi nə vəd edir?

“Ermənistan parlamentində keçirilən seçkilərdə hakim Respublika Partiyasının namizədi Armen Sarkisyan gözlənildiyi kimi prezident seçildi. Amma Serj Sarkisyanın ssenarisi ilə edilən bu dəyişiklik ölkəni cənginə almış sosial-iqtisadi böhrandan çıxarmayacaq. Bu, “Qarabağ klanı”nın hakimiyyətdə qalmasına hesablanıb”.

Turkustan.info bildirir ki, Cebhe.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.

Politoloq qeyd edib ki, aprelin 2-də Ermənistan parlamentində keçiriləcək baş nazir seçkilərində də Serj Sarkisyanın sədri olduğu partiya saxta yolla bu postu da tutacaq:

“Bununla da Serj Sarkisyan baş nazir seçiləcək. Baş nazir kimi Serj Sarkisyan ölkədə bütün rıçaqları əlində saxlamaqla yanaşı, ölkənin Rusiyadan aslılığını artıracaq. Hazırkı baş nazir Karen Karapetyanın taleyinə gəlincə, çox güman ki, o, baş nazirin müavini təyin ediləcək. Beləliklə, Serj Sarkisyan növbəti illərdə də Qarabağ münaqişəsi üzrə gedən danışıqlarda Ermənistanı təmsil edəcək. Prezident kimi Armen Sarkisyanın danışıqlarda iştirak etmək səlahiyyəti yoxdur. Əsas məsələ budur ki, Serj Sarkisyan aparacağı danışıqların istiqaməti parlamentdən asılı olacaq. Çünki bu ildən Ermənistanda əsas qərarverici sturuktur parlament olacaq. Sarkisyan bundan istifadə edərək, manevr siyasəti aparacaq”.

M.Əsədullazadənin qənaətinə görə apreldən sonra Ermənistanın yeni rəhbərliyi ilə aparılacaq Qarabağ danışıqları da uğursuz olacaq: “Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi mürəkkəb problem deyil. Bu münaqişəni mürəkkəbləşdirməyə çalışan ölkə Rusiyadır. Halbuki 2016-cı ilin aprel döyüşlərindən sonra, Ermənistanın siyasi-hərbi rəhbərliyi kompromisə hazır idi. İşğal altında olan Azərbaycan ərazilərinin boşaldılması reallaşa bilərdi. Amma Rusiya bunun qarşısını aldı. Əgər Rusiya neytral mövqedə dayansa, Ermənistan işğal etdiyi əraziləri boşaldıb kompromisə gedə bilər. Amma nə qədər ki, Ermənistanda Rusiyanın hərbi bazası var, Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar müsbət nəticə verməyəcək”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri