Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) yaranmasının 90 illiyi münasibəti ilə xüsusi sərgi təşkil edib.
Turkustan.info A24.az-a istinadən xəbər verir ki, sərgidə türk kəşfiyyat tarixinin müxtəlif dövürlərinə aid sənədlər toplusu nümayiş etditilib. “Təmas Sərgisi” adlı tədbir 5 Martdan ziyarətçilrə açıq elan olunacaq.
Soyuq müharibə dövrü və ondan qabaqkı zamandan miras qalan gizli dinləmə, görüntüləmə mesajlaşma üsulları sərgilənəcək.


Çəngilin xidmət etdiyi xarici kəşfiyyat idarəsi ilə əlaqə qurduğu VHS məlumat ötürücüsü nümayiş etdirilir.
Sərginin üçüncü bölümndə Varşava Paktı ölkələrindəki Türk səfiliklərinin kəşfiyyat fəaliyyəti və texniki əşyaları yer alır.
1935-1980-ci illər arası kəşfiyyat aləmində istifadə olunan fotoaparatlar , robot əl çantası, robot qalstuk, gizli dinləmə kəməri, qol saatına bənzər səsyazma cihazi, şifrəli şəkillər, ayaqqabı içinə yerləşdirilmiş dinləmə cihazı, siqaret qutusuna qoyulmuş əlaqəyaradıcı, casus şifrələri, gizli xəbərləşmədə istifadə olunan sabun,içi boş qab, dəsmal bu bölümdə sərgilənəcək.