22 Oktyabr 2020 09:47

Azərbaycanda bahalaşma səbəbi: Bu dəfə gömrükdəki şəffaflıq

Natiq Cəfərli: “Kənd Təsərrüfatı Nazirliyi satıcılarla vətəndaşlar arasında ixtilaf yaradır”

Son günlərdə paytaxtın iri marketlərində qiymət artımı müşahidə edilir. Qiymət artımı əsasən gündəlik istifadə olunan məhsullarda hiss olunur. Müşahidələr göstərir ki, bütün məhsulların qiymətində təxminən 20-30 qəpik civarında artım var. Xüsusilə, bayramqabağı bütün ərzaq məhsullarının bahalaşması istehlakçılarda ciddi narahatlıq doğurur.Ekspertlərin sözlərinə görə, bayram ərəfəsində qiymət artımı tələbin yüksəlməsi ilə əlaqədardır. Lakin bəzən iş adamları, mağaza sahibləri bundan istifadə edib, qiymətləri süni şəkildə daha da artırmağa çalışırlar. Ekspertlərin fikrincə, bayram ərəfəsində süni qiymət artımının qarşısı inzibati üsullarla alınmamalıdır.

Ucuzluğa nail olmaq üçün ilk növbədə bazarlarda məhsul bolluğu yaranmalıdır. Azərbaycandan fərqli olaraq, digər ölkələrdə bayramqabağı istər ərzaq, istərsə də geyim və digər istehlak mallarında endirim kampaniyaları olur, ölkəmizdə isə bu kampaniyalar ancaq elə kampaniya xarakteri daşıdığından alıcıların marağını qazanmır.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, ümumiyyətlə, bahalaşmaya səbəb olan bir neçə amil var:

“Neçə illərdir, bu, bir ənənədir ki, Azərbaycanda bayramqabağı qiymətlərdə ciddi artım müşahidə edilir. Bir çox ölkələrdə böyük bayramqabağı endirim kampaniyaları keçirilir, amma Azərbaycanda əksinədir.Xüsusi bayramlar öncəsi tələbatın yüksəlməsi ilə əlaqədar qiymətlərdə artım müşahidə olunur.İkinci səbəb odur ki, bir qrup məhsullar avrozonadan gəlir.Son bir ildə avronun manat qarşısında ciddi dəyər qazandığını görmüşük.Təqribən 20 faizə yaxın bahalaşma var. Avrozonadan gələn ərzaq məhsullarının bahalaşması əsasən bununla bağlıdır.Yəni, manat ekvivalentində qiymətlər qalxır.Üçüncü səbəb də ənənəvi amillərdir.Azərbaycanda ərzaq bazarında oyunçuların sayı kifayət qədər azdır. Yəni, ölkəyə mal, məhsul gətirən oyunçuların, şirkətlərin sayı çox azdır. Bu da rəqabət mühitinə mənfi təsir göstərir. Əgər Azərbaycanda ciddi rəqabət mühiti yaransaydı və bu şirkətlər bu şəraitdə çalışsaydı, məcburən qiymətlərdə də müəyyən endirimlər, yaxud sabitləşmə müşahidə edə bilərdik. Nəhayət, sonuncu səbəblərdən biri də az səslənən səbəbdir. Məsələ burasındadır ki, gömrük orqanlarında şəffaflıq və ölkəyə gətirilən məhsulların rəsmiləşdirilməsi artdıqca, biznesin izafi xərcləri də artır. Yəni, əvvəllər müəyyən qeyri-qanuni yollarla, rüşvət müqabilində rəsmiləşdirməni az göstərən şirkətlər indi rəsmiləşdirməni daha çox göstərməyə məcburdurlar. Çünki gömrükdə müəyyən dərəcədə şəffaflıq təmin olunmağa başlayır. Şəffaflıq artdıqca ölkəyə gətirilən məhsulların həcmi və ödənişlərin səviyyəsi də artır. Bu da qiymətlərə birbaşa təsir göstərir”.

Qeyd edək ki, bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi bayram ərəfəsində təşkil olunacaq yarmarkalarla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Novruz yarmarkalarında qiymətlər münasib olacaq. Xüsusən də ətin qiyməti aşağı düşəcək. Qoyun, mal, quş əti alıcılara daha ucuz qiymətə təklif olunacaq. Əvvəlki aylarla müqayisədə ətin qiymətində 2 manat ucuzlaşma müşahidə edilir. Novruz yarmarkalarında ət alıcılara 8 manata qədər olan qiymətlərlə təklif olunacaq. 4 gün davam edəcək yarmarkada ümumilikdə, ətin qiyməti 6-8 manat arasında dəyişəcək.

İqtisadçı bu məsələyə də toxunub. Deyib ki, Kənd Təsərrüfatı Nazirliyinin bayram ərəfəsində ətin qiymətində ucuclaşma olacağı ilə bağlı verdiyi açıqlaması məntiqsizdir:

“Çünki ölkədə özlərinin də dedikləri kimi bazar iqtisadiyyatı qanunları, eləcə də tələb və təklif qanunları işləyir. Bu, sovetdənqalma bir yanaşma deyil ki, ərzağın və ya ümumiyyətlə, hər şeyin qiymətini dövlət müəyyənləşdirsin. Kənd Təsərrüfatı Nazirliyi nə bilir ki, ərzağın qiyməti qalxacaq, ya yox? Bazar iqtisadiyyatında bunu demək doğru deyil. Belə bəyanatlar verməklə də əhali ilə satıcılar arasında narazılığın yaranmasına səbəb olur. Bu nazirliyin işi məhsuldarlığın artırılmasının stimullaşdırılmasıdır. Yəni, fermerlərə yaxşı stimullaşdırıcı proqramlar təklif etməlidir. Necə ki, Türkiyə bu yaxınlarda maraqlı bir qərar qəbul etdi. Böyük şəhərlərdən regionlara köçüb fermerliklə məşğul olmaq istəyənlərə dövlət zəmanəti ilə 300 qoyun hədiyyə edilir və xırda mal-qaranın saxlanması üçün şərait yaradılır. Dövlət bu yolla qiymətləri tənzimləyə və biznesə, fermerə dəstək verə bilər. Bir sözlə, qiymət siyasətinə qarışa bilməz. Ona görə də belə bəyanatlar heç zaman doğru çıxmır. Eyni zamanda satıcılarla vətəndaşlar arasında ixtilafların yaranmasına səbəb olur”.    /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri