Ayağı sınan Qaraçuxurlu İranda səhnəyə çıxdı – VİDEO
Tanınmış müğənni Namiq Qaraçuxurlu İranın Tehran şəhərindəki Vizareti Kişver sarayında konsert proqramı ilə çıxış edib.
Turkustan.info Musavat.com -a istinadən xəbər verir ki, konsertdə Azərbaycanın digər tanınmış simaları əməkdar artist Baloğlan Əşrəfov, müğənni Elçin Hüseynov və iranlı sənətçi Ayhan səhnəyə çıxıb.
Namiq Qaraçuxurlu 3 aydan çoxdur ki, ayağındakı sınıqdan əziyyət çəkdiyi üçün səhnəyə çəliklə çıxıb.
Müğənnilərimizin konsertində anşlaq yaşanıb. Həmin görüntüləri təqdim edirik: