Ç. Avq 21st, 2019

Çində rekord silahlanma: Ordu üçün trilyon xərclənəcək

Çin 2018-ci ildə hərbi büdcəsini artıracaq.

Turkustan.info xarici mətbuata istinadən bildirir ki, bu barədə Xalq Nümayəndələrinin Ümumçin Toplantısında hökumətin təqdim etdiyi hesabatda bildirilir.

Müdafiə xərcləri 8,1 faiz artaraq 1,11 trilyon yuan, yəni 175 milyard dollar olacaq. 2017-ci ilə bu məbləğ tarixdə ilk dəfə rektord həddə çataraq 1 trilyon yuanı ötmüş, yəni 152 milyard dollara çatmışdı.

Analitiklər hesab edir ki, hətta bu da Çinin real hərbi xərcləri deyil. Belə ki, hökumət strateji qüvvələrə, elmi-texniki fəaliyyətə sərf edilən vəsaiti açıqlamır. Əgər bunlar da nəzərə alınarsa, o zaman müdafiə xərcləri 25-50 faiz artıq ola bilər.    /Cebhe.info/

Paylaş: