Ç. Avq 21st, 2019

Ermənistandan Qarabağa 3-cü yol çəkiləcək – YENİ TƏXRİBAT

Ermənistan hakimiyyəti işğal altındakı Qarabağ torpaqlarına 3-cü yol çəkəcək.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, tikinti işləri Zod aşırımını Kəlbəcərin rayon mərkəzi ilə birləşdirəcək.

Tikinti işləri bu ilin yayında başlayacaq. Yol Ermənistanın Qeqrkunik vilayətinin Zod kəndindən Kəlbəcər rayonun mərkəzinə qədər 26 kilometr məsafəni əhatə edəcək və 2019-cu ilin əvvəlində istifadəyə veriləcək.
Qeyd edək ki, Ermənistanı işğal altındakı Qarabağ torpaqları ilə Gorus-Xankəndi və Vardenis-Ağdərə yolları birləşdirir.  /Modern.az /

Paylaş: