Ç. Avq 21st, 2019

Müharibə başlaya bilər – İsrail Rusiyadan ZƏMANƏT İSTƏDİ

İsrail Rusiya ilə İran bölmələrinin Colan təpələrinə yaxınlaşmayacağı barədə zəmanətləri müzakirə edir.
Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrailin Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Aleksandr Ben-Svi bildirib.
O vurğulayıb ki, Moskva Suriyada şiə bölmələrinin mövcudluğuna dair İsrailin narahatlığını birmənalı anlayır. Ben-Svinin sözlərinə görə, bu məsələlər Rusiya-İsrail konsultasiyaları zamanı müzakirə edilir.
“İran mövzusunda Rusiya ilə fikir ayrılıqlarımız var, bu, sirr deyil, tamamilə aydındır. Bu vəziyyətdə bizim mövqeyimiz aydındır: biz dəfələrlə rusiyalı həmkarlarımıza bildirmişik ki, Suriyada İran, “Hizbullah” və şiə bölmələri olmayacağı halda, bu ölkədə siyasi nizama salınma prosesi reallaşacaq”, – diplomat əlavə edib.
Onun sözlərinə görə, İsrailin nöqteyi-nəzərindən, İranın Suriyada hərbi mövcudluğu vəziyyətin yalnız gərginləşməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, Təl-Əviv Suriyada İranın daimi hərbi mövcudluğunu qəbuledilməz adlandırır. İsrail diplomatiya işləməyəcəyi halda, buna güc vasitələri ilə mane olacağına söz verir.   /Publika.az/

Paylaş: