Ç. Avq 21st, 2019

“Türkiyənin Afrindəki savaşı Türklük, İslam, Qarabağ savaşıdır” – “Panturanizmə sarılmalıyıq…”

Afrindəki şəhidlərimizə sayğılarla…

Batı, ABD, Rusiya, bütünlükdə Hind-Avropa irqi ideologiyasına  inanan xalqlar  Türkiyəyə və Türk millətinə  saxta “Erməni soyqırımı” damğasını vurmaqla Türk millətini qatil elan etməkdədir… Soyuq savaşdan sonra, bütün yer kürəsi xalqlarının tək mərkəzli fövqəl-bəşər ABD imperiyasında birləşməsini ehtiva edən ,  ABD- də formalaşmış Yunan+Roman+German+Yəhudi+Xristian dünyasının və mədəniyyətinin liderliyinə və zəfərinə əsaslanan “Yeni Dünya Düzəni” projesi  Türk millətini, özəllikləTürkiyəni  Anadoludan və Orta Doğudan silməyi hədəf almışdır.  Bu hədəf ABD rəsmilərinin müxtəlif bəyanatlarında əks olunmuşdur. 
 
 (Türkiyə xəritədəan silinməlidir !” Woodrow Wilson – ABD Başkanı;  
“Atatürkçülük ölmüştür. Ulus dövlətlər dönəmi bitmiştir. Türkiye, Osmanlı kimi çox kültürlü, çox  dinli, çox irqli bir quruluşa dönməlidir. Bunun üçün ən yaxşı  yol İlımlı İslamdır. Etnik kimliklər özlərini ifadə edə bilməlidir.”
Graham Fuller ve Paul Henze – CIA ajanları, 1980;  Türkiye’de Amerikan İslamını  quracağıq.” Albert Wohlstetter – Amerikan Savunma ve Savaş Stratejisti, 1980.==
Qarabağın Ermənilər tərəfindən işğalı, Türkiyədəki kürd separatizmi, PKK terrorizmi, Suriyanın, İraqın,Türkiyənin bölünməsi ilə yaradılacaq yeni Kürdüstan,  Türkiyədəki Yunan-Erməni-Suryani  patriklərinin aktivləşməsi, Türk Qacar imperiyasının Fars dövləti ilə əvəz olunması bu planın 200 ildir davam edən kökləri və bu günkü davamıdır. Əslində Osmanlı hansı ideoloji-siyasi –hərbi doktrin və metodla  bölünürdüsə, bu günkü Türkiyədə eyni  metodla bölünməyə çalışılmaqdadır. 100 il əvvəlki ssenari daha təkmilləşmiş formada gündəmdədir. Türkiyənin Afrindəki savaşları bu plana alternativ savaşdır…
Türkiyə qarşısında ciddi bir propaqanda yürüdülməkdədir. Nəymiş…kürdlərin sayı türklərdən çox imiş, Türkiyədə 50 milyon Kürd yaşayırmış, 2 milyon Erməni var imiş, Laz, Çərkəz, Gürcü, Yunan, Ərəb, Yəhudi…və bir çox xalqlar yaşayırmış. Türkiyədə Türk yox imiş… Qısacası bu gün Türkiyə Türklərin deyil. 
Bu plan əsasında dövrəyə yeni bir ideoloji silah, propaqanda  işə  salınmışdır. İngilis jurnalisti Robert Fisk  BBS-nin yayımladığı “ 2 milyon türkün nənəsi ermənidir” başlıqlı yazısında iddia edir ki, bəs Anadolu Xristian Ermənilərə məxsus imiş. Türkiyənin yarısı Erməni imiş… (Yazının linki burada. http://ato.az/2018/03/02/m%C9%99shur-ingilis-jurnalist-2-milyon-turkun-n%C9%99n%C9%99si-erm%C9%99nidir/ ).  Bu yazını oxuyaq. Öyrənək. Bizə qarşı yönəlmiş bütün silahların cavabını verək. Bizim də alternativ silahımız, ideologiyamız, strategiyamız olsun…
İkinci Çanakkala savaşı gözləyir bizi. Bu kəz Batı-Vatikan-Xristian Xaçlıları Türkiyəni, Türk Millətini içəridən çöktürmək planlarını işə salmış…Eynən Osmanlıda olduğu kimi.
Bütün bunlar hər kəsə, Azəbaycan türkünə, oxucusuna bəllidir. Bütün bu olayların içərisində məni üzən  Türkiyənin  yalnızlığıdır…
Türkiyə Yunan+Roman+German+Yəhudi+Xristian(ABD+ AB )-Qərb sivilizasiyası ilə savaşmaqdadır. Lakin sonucda Qərb sivilizasiyasının bir müttəfiqi daha var.  Hind-Avropa dil qrupuna daxil olan qohum xalqlar nəzəriyyəsi və Aryan  irqi ideolojisinin təmsilçiləri olan Rusiya+İran+Ermənistan. Hazırda Rusiya Xristian-Pravaslavlığı və slavyan sivilizasiyasını, İran şiyəlik və Şərq-İslam sivilizasiyasını, Ermənistan xristian(qriqorian) Qərb sivilizasiyasını təmsil etsədə, onları ABD+AB ilə birləşdirən ana ideologiya Hind-Avropa dil qrupu nəzəriyyəsi  və Aryan irqçiliyi  konsepsiyalarıdır.  İran üzdə islam sivilizasiyasını təmsil etsə belə, irqçi Fars zehniyyətinin kökləri Aryan irqçiliyi( Hind-Avropa dil qrupu və irqi) ilə bəslənmişdir. Türk Qacar Dövlətinin İngilislər tərəfindən Farslara verilməsi və farslaşdırılması da bu siyasətin və dünyagörüşün nəticəsidir. Bu konsepsiyaya görə bu xalqlar eyni etnik kökə, ortaq dilə və irqə-Hind+Avropa irqinə məxsusdurlar və qohumdurlar. Bu irqçi görüş və ideologiya bu dövlətlərin siyasətinin metafizik əsasını təşkil edir və yer üzünün bölünməsində, yeni siyasi nizamın və sərhədlərin müəyyənləşməsində bu metafizik dünyagörüş siyasətə təsir edən bilinc altı ideologiya   rolu oynayır.  Beləliklə yeni dünya düzəni adı altında Yer üzü Aryan (Hind+Avropa) irqinin təmsilçiləri arasında bölünür. Bu dəfə German xalqları ilə bərabər Yəhudi xalqı da hakim ağa, super güc halına gətirilir. Seçilmiş xalq vəd edilmiş torpaqlarda Süleyman şahlığını yenidən bərqərar edir,  Qüds Yəhudiliyin və Xristianlığın paytaxtı olur. Digər sami(Ərəb) və Yafəs(Türk) irqləri çökdürülür. Sami irqinə məxsus Yəhudilik(Əhdi cədid, Əhdi Ətiq) –Xristinlığın köklərini təşkil etdiyi üçün və Xristianlıqla sintez olunduğu üçün gücləndirilir . XX yüzillikdə  köklərini Renessansdan alan modernizm Yunan+Roman+German irqinin və kültürünün yayılmasını və zəfərini  təmin etdi.  Modernizmin əsas ideyası olan Sekulyarizm və rasionalizm Sxolastik görüşə əsaslanan  Yəhudi-xristianlığı( oxu: Vatikan) arxa plana atdı. XXI yüzillikdə Qərb sivilizasiyasının bu yarım qalmış Yəhudi-Xristian qanadı- Yevangelizm (+Vatikan) ideologiyası adı ilə ABD simasında dirçəldildi və Yeni Dünya Düzəni  əslində Yevangelizmin zəfərini Orta Doğuda bərpa etmək siyasətindən başqa bir şey deyil. ABD başqanı Trampın Qüdsü İzrailin paytaxtı elan etməsi də bu siyasətin əsas məqsədidir.  Beləliklə birinci aşamada Yunan+Roman+German+Yəhudi-Xristianlıq kültürlərinin və dəyərlərinin sintezinə əsaslanan Batı sivilizasiyasının, ikinci aşamada isə Yunan+Roman+German+Yəhudi+Xristian+Rusiya+Ermənistan+ Farsistan(İran)+ gələcəkdə Kürdüstan  xalqlarının birləşdiyi Aryan irqinin(Hind-Avropa dil qrupu) yer üzərində siyasi və kültürəl zəfərinin bərqərar edilməsi planlaşdırılır. 
Bu planın dilə gətirildiyi  müxtəlif zamanlara nəzər yetirdikdə düşmənin heç uyumadığını, bizim isə, hələ də mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoqdan, multikulturalizmdən danışdığımızı, daim uyuduğumuzu görmək mümkündür. Yeni dünya düzəni adı altında  Türkiyənin içində və çölündə çox vektorlu bir savaş aparılır. Bu savaşın məqsədi  müxtəlif şəxslər tərəfindən səsləndirilmişdir. “Türkiyə Amerikan çıxarlarının büyük önəm qazandığı bir yerdə bulunmaktadır. Türkiyə bizdən yardım istəyərsə, yalnız sərmayəmizi deyil, eyni zamanda xidmətlərimizi, gələnəklərimizi və ideallarımızı dəyərləndirəcəyimiz və əldən getməsinə fürsət verməyəcəyimiz bir yatırım fürsəti doğacaqdır.”Thornburg Raporu – 1947;
“Azgəlişmiş ölkələrə yapılan yardımda özəl amaç, o ölkə ekonomilərinin kilid nöqtələrini ələ keçirməktir.”Rockefeller – 1956;
“Dış yardım ABD -nin dünyanı nizamlama və təsir altına alma vasitələrindən biridir.”.F.Kennedy – ABD Başkanı, 1962;
“İyirmi ildən çox bir zamandır Türkiyədə fəaliyətdə olan Amerika yardım proqramı artıq meyvələrini verməyə başlamıştır. Önəmli mövqilərdə Amerika təhsili  görmüş bir Türkün bulunmadığı bir bakanlık ya da bir iktisadi xidmət quruluşu  heç qalmamıştır. Bu şəxslər hələ də olduqları təşkilatlarda ‘birinci  güç’ mövqeyini daşımaqdadırlar.”Richard Podol – ABD görəvlisi, 1975; “Türkiyənin kənarda qalması savaşı bir neçə həftə daha geciktirir, ancak ondan sonrası var. ABD-dən yardım istəməyə qalxdığınızda, Bəyaz Sarayın telefonları daim  məşgul çalar.”Marc Parris – ABD’nin Türkiye Büyükelçisi, 1997-2000;  “Türkiyənin ətrafını atəş çəmbərinə çevirərik.” Joseph Biden – ABD Başkan Yardımcısı, 2009. (Türkiye’nin Fələstin davasını dəstəklədiyi üçün); “”Türkiyə  təhlikə algılaması konusunda artık homojen değil. Dahası, sistemin strateji düşünmə mexanizmi zəif ve gettikçə parçalanır. Artık tək Türkiye yoxdur.  ABD işi bitirdi belə!”Judith Yaphe – ABD Milli Savunma Akademiyasında Öyrətim Üyəsi; “Asıl olan ABD dövlətidir. Mən mizaç olarak Buşdan fərqli ola bilərəm, ancaq ABD -nin hədəfləri dəyişməz.”Barak Obama – ABD Başkanı. 
Orta doğuda Türk millətinə qarşı erməni+kürd+fars+yunan+ərəb+slav+yəhudi xalqlarının, xristian misyonerlərinin açdığı cəbhə qarşısında Türkiyə yalnız, Türk Milləti param-parça… birləşə bilməmiş, fərqli məzhəb görüşləri, siyasi sərhədlər, dövlət maraqları, stratejiləri, tayfa dilləri və şivələri Türk millətini parçalamışdır. Türk milləti hələ anlamır ki, bu dəfəki savaşda onun irq kimi, insan növü kimi, millət kimi, kültür kimi, dil kimi varlığına son verilməsi və yer üzündən silinməsi planlaşdırılıb. Türk milləti hələ anlamır ki, bu plan 400 ildir həyata keçməkdədir, amma bu kəz daha hızlı, daha qəddar… Türk milləti hələ də mübahisə edir ki, sünnilikmi yaxşıdır, şiyəlikmi, Ömərmi haqlıdır, Hüseynmi, Yezidmi,Əlimi… Buddamı. Türk Milləti İnsan haqları, demokratiya, sekulyarizm. klerikalizm, liberalizm, sosializm, modernizm, Batı, Doğu ideolojiləri və savaşları içində özünü, öz Yolunu, Milli şəxsiyyətini, milli xarakterini və ən əsası gələcəyini itirmişdir. Türk Milləti islamlıq və ya xristianlıq üçün yox, məhz Türklük üçün, Türk irqi üçün nə zaman savaşacaq…düşünəcək. Türk Milləti Türk İrqini qurtaran Ordusunu nə zaman quracaq… Türk Milləti anlamır ki, İran əhalisinin 43 faizini təşkil edən Türklər şiyəlik ideolojisi, fars dili əsasında necə əriyib, yox olmaqdadır. Orta Dogunun bu 43 faiz Türk gücü hanı. Bir qalxışı ilə bütün orta Dogunun taleyini, qədərini dəyişə biləcək o Türk gücü Fars zülmü, basqısı, işgəncəsi altında əzab çəkir. Suriyada 3 milyon, İraqda 2 milyon, Əfqanıstanda 60 % , Rusiyada 60%, Pakistanda, Hindistanda, Çində, Misirdə olan türklük nə zaman ayağa qalxıb birləşərək öz qədərinə sahib çıxacaq… Bütün bu əzablara, parçalanmalara, yıpranmalara, yox olmalara son verəcək Böyük Partlayış nə vaxt baş verəcək bəs…Milli enerji nə zaman qabarıb Türk Ölümünə Yox deyəcək. Türk irqini xilas edəcək lider və aydın tipi nə zaman dogacaq…Çox, çox Özləməkdəyəm.
Düşünürəm ki,  Türk Milləti iki aşamada təşkilatlanma və müdafiə siyasəti qurmalıdır.
1.  Birinci aşamada savaşın əsas ideologiyası Panturanizm olmalıdır.  Türk Milləti, Çindən Adriatik dənizinə qədər yayılmış Türk xalqları, Avrasiyanın əsas böyük gücü oyanmalı, Türkiyəyə, Qarabağa, Təbrizə, öz keçmişinə, gələcəyinə, davasına sahib çıxmalıdır. Dilimizi, irqimizi, kültürümüzü, varlığımızı qorumaq məqsədilə Panturanizmə sarılmalıyıq. Qarabağın,İrəvanın,Təbrizin, İstanbulun, Kərkükün, Hələbin… Türk  vətəninə çevrilməsi, Türk gücünün super gücə çevrilməsi üçün Panturanizmin yayılması qaçılmazdır.
2.İkinci aşamada savaşın əsas ideologiyası Panislamizm olmalıdır. Türk+ İslam+ Doğu+ Afro+Avrasiya müsəlmanları birliyi ideyası gündəmə gətirilməlidir. 
Türkiyə  bütün islam sivilizasiyanı, üç qitəyə yayılmış sivilizasiya köklərini  hərəkətə keçirməli, oyatmalı, təşkilatlandırmalıdır. Batı imperializminə qarşı  Orta Doğuda, Afro-Afrasiyada Panislamizm hərəkatı gücləndirilməlidir. Bu zaman Batının imprealizm tarixi, soyqırım və sömürgə tarixi Doğuda gözlər önünə sərilməli, Doğu xalqları oyanmalı, təşkilatlanmalıdır. Batının Türkiyəyə qarşı irəli sürdüyü saxta Erməni soyqırımı  ittihamlarına qarşı Türkiyə və Azərbaycan Batının soyqırım və sömürgə tarixini gündəmə gətirməli, Batının islam dünyasında apardığı soyqırımları Batının özünə qarşı propaqanda kimi istifadə etməlidir. Batının İslam Şərqindəki  soyqırımlarını  Çexiya Xarici İşlər naziri Lubomir Zaoralek “Avropanın Gələcəyi” sammitində çıxışı zamanı dilə gətirib. Lubomir Zaoralek bildirib ki, 
“Oyanışla qarşı-qarşıyayıq. Orta doğuda həyata keçirilən imprealizm siyasətinin ağır nəticələrini indi yaşayırıq. Radikalların münasibətindən bunu aydın sezmək olur. Bu tendensiya Afrika və Asiyaya da sıçraya bilər. XIX əsrin birinci yarısından etibarən bir milyondan çox hindli ingilislər tərəfindən öldürüldü. Belçika Konqoda 10-15, ABŞ Vyetnamda 1-3 milyon insan məhv etdi. Fransa Əlcəzairdə, İtaliya Liviyada, Rusiya Zaqafqaziyada, Hollandiya isə İndoneziyada öldürdüyü müsəlmanlara görə birbaşa məsuliyyət daşıyır. Batının belə genişmiqyaslı vəhşilikləri unutması şokedicidir. Əgər Batı özünə nə üçün belə nifrətlə yanaşıldığını anlamaq istəyirsə, o zaman tarixə nəzət yetirməlidir. Müsəlmanlarla razılığa gəlmək üçün Batının 20 ili qalıb”. Türkiyənin Afrindəki savaşının metafizik əsasları  budur. Türkiyə Turan hərəkatının öndəridir. Türkiyə Doğu hərəkatının və Azadlığının öndəridir. Türkiyə islam Hərəkatının öndəridir.
Türkiyəyə qarşı savaşan Kürd və Ermənilərin arxasında  Xristian Batı dayanırsa, Türkiyənin arxasında Turan , İslam və Doğu xalqları dayanmalıdır.Türkiyə təmsil etdiyi sivilizasiya kodlarını və bəsləndiyi tarixi kökləri hərəkətə keçirməlidir. Türkiyə medyasının propaqandası bu köklərdən bəslənməlidir. Bunları yapamazsa bu savaşda Türkiyə və Türk Milləti yox ola bilər. 
Türkiyənin Afrindəki savaşı  Türklük savaşıdır, Doğu svaşıdır, islam savaşıdır, Azərbaycan savaşıdır, Qarabağ savaşıdır. Azərbaycan bu savaşda Türkiyənin yanındadır.
“Düşmənim düşmənliyindən vaz keçənə qədər, mən də onun amansız düşməniyəm” 
M. K. Atatürk. 
Yasəmən Qaraqoyunlu, AMEA Fəlsəfə İnstitutu

Paylaş: