21 Yanvar 2021 09:56

Deputatdan Milli Şuranın mitinqinə ETİRAZ: “Milli Məclis Bakı meriyasından izahat tələb etməlidir”

“Seçki Məcəlləsinə əsasən seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər. Ancaq Milli Şura adlanan qurum martın 10-da mitinq keçirmək istəyir”.

Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, onda olan məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyanı sanksiyalaşdırıb.

“Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır. Kimsə düşünməsin ki, mən bundan narahatam. Sadəcə olaraq qanunların aliliyinin tərəfdarı kimi narazılığımı ifadə edirəm. Kimsə düşünməsin ki, mən Əli Kərimlinin mitinqindən narahatam. Əminəm ki, onun aksiyasına heç  kim qoşulmayacaq. Bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Niyə mitinq keçirməyə icazə verirlər? Öz çıxışlarında qanunların aliliyini istəyən şəxslər özü qanunun tələblərinə əməl etməlidir”.

Hesab edirəm ki, Milli Məclisin bununla bağlı bakı şəhər İcra hakimiyyətindən izahat tələb etməlidir”.

Deputat ölkədə sərbəst toplaşmaq azadlığının işləməsinin tərəfdarı olduğunu deyib.

“Qanunvericiliyə əsasən martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu qanunla martın 19-dan sonra həyata keçirilməlidir”.    /Modern.az/

Paylaş: