21 Oktyabr 2020 14:12

Qarabağ danışıqları yenə Serj Sərkisyanla aparılacaq?

Politoloq: “Onun baş nazir seçiləcəyi hələ dəqiq deyil”

Ötən həftə martın 2-də Ermənistanda parlament ölkənin yeni prezidentini seçdi. Hakim Respublika Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.

Ermənistanda son konstitusiya dəyişikliyinə əsasən, prezident əsasən mərasim funksiyalarını həyata keçirən, real icraedici funksiyaların olmadığı şəxs sayılacaq. Real hakimiyyət isə baş nazir və parlament arasında bölüşdürələcək. Buradan da görünür ki, Ermənistanda yeni prezidentin seçilməsi formaldır.

Ermənistanda idarəçilik sistemində dəyişikliklər 2 apreldən sonra tətbiq ediləcək. Aprelin 2-də Milli Məclis hökuməti və baş naziri seçəcək.

İndiyə qədər yüksək səviyyədə aparılan Dağlıq Qarabağ danışıqlarında məlumdur ki, Azərbaycanı və Ermənistanı prezidentlər təmsil edib. 2 aprel seçkisindən sonra Qarabağ danışıqlarının Ermənistanın baş naziri, yoxsa prezidenti ilə aparılacağı günün aktual suallarındandır. Nəzərə çatdıraq ki, Serj Sərkisyanın baş nazir iddiası var.

“Yeni Müsavat”a şərhində politoloq Qabil Hüseynli öncə bildirdi ki, Serj Sərkisyan baş nazir olmaq üçün çalışsa da onun baş nazir seçiləcəyi hələ dəqiq deyil. Çünki Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasının parlamentdəki yerlərinin sayı baş nazir seçmək üçün kifayət deyil. Ona görə də Serj Sərkisyan gərək parlamentdəki digər partiyalardan biri ili koalisiya qurmalıdır: “Üstəlik də bir neçə ay öncə Serj Sərkisyanın bəyanatı olmuşdu ki, o, nə prezident, nə də baş nazir postuna iddia etmir. İndi fikrini dəyişibsə və baş nazir olmaq istəyirsə güman ki, bu baş verəcək. O da mümkündür ki, yeni baş nazir yenə də Karen Karapetyan (hazırda baş nazirdir-red.) olsun. Mən hələ də ehtimal edirəm ki, Karen Karapetyan baş nazir olaraq qala bilər. Onun arxasında Rusiya dayanır. 2 apreldən sonra yüksək səviyyəli Dağlıq Qarabağ danışıqlarının Ermənistanın prezidenti, yoxsa baş naziri ilə aparılacağına gəlincə, Ermənistan parlamentli respublika üsul-idarəçiliyinə keçib ona görə də prezidentin əvvəlki səlahiyyətlərinin böyük hissəsi baş nazirə keçir, baş nazir ölkədə icra hakimiyyətinin başçısı və Təhlükəsizlik şurasının sədri olur. Bütün bunlar isə o deməkdir ki, Qarabağ danışıqlarında Ermənistanın prezidenti yox, baş naziri iştirak edəcək. Əgər Serj Sərkisyan baş nazir seçilərsə, Azərbaycan danışıqları yenə də onunla aparmalı olacaq. İstər Serj Sərkisyan olsun, istər başqası, baş nazir kim olsa danışıqlar onunla aparılacaq.  

Yeni konstitusiyaya görə, Ermənistan prezidentinin danışıqlarda iştirak etmək səlahiyyəti faktiki olaraq yoxdur. Prezident hətta Təhlükəsizlik şurasının üzvü belə deyil. Baş nazirin aparacağı danışıqların istiqaməti də müəyyən mənada parlamentdən asılı olacaq. Çünki Ermənistanda əsas qərarverici struktur parlament olacaq”.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri S.Sərkisyan yox, Qarabağ müharibəsinin iştirakçısı olmayan bir şəxs, məsələn, Karen Karapetyan olarsa danışıqlar prosesində müəyyən qədər yumşalma olması mümkündür. Serj Sərkisyandan fərqli olaraq Karapetyan nisbətən loyal mövqe nümayiş etdirə bilər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə modern.az-a deyib ki, Ermənistanda yeni prezidentin seçilməsinə baxmayaraq heç nə dəyişilməyib. Onlar ənənəvi siyasətindən istifadə edib faktiki Serj Sarkisyan hakimiyyətinin saxlanılması üçün məcburi şəkildə əllərindən gələni edərək gözə kül üfürmək üçün konstitusional “islahatlar” düzəldiblər. Bu konstitusional reformlar əsasında parlament tərəfindən yeni müəyyən olunmuş prezident hansısa böyük səlahiyyətlərə malik olmayacaq. Bütün səlahiyyətlər baş nazirə keçir. Ermənistanda kimin baş nazir olacağı isə aydındır. Bu köhnə prezident Serj Sərkisyandır.   /Yeni Müsavat/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri