Prezident qanunu təsdiqlədi: Bu ölkələrə vizasız səfər…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nu təsdiqləyib.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bundan başqa, Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nu təsdiqləyib.

“Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al