28 Fevral 2021 17:20

Türk ordusunun əldə etdiyi şok FOTOLAR

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında ağır itkilər verən YPG/PKK terror təşkilatı uşaqları məcburi şəkildə silah altına toplayır.

Turkustan.info xəbər verir ki, bölgədə ələ keçirilən sənədlər və görüntülər terror təşkilatının çirkin üzünü növbəti dəfə ortaya qoyub.

İnsan Haqqları İzləmə Təşkilatı tərəfindən daha əvvəllər də gündəmə gətirdiyi “PKK-nın uşaq döyüşçüləri” bu dəfə onların özlərinin çəkdiyi fotolarla sənədləşdirilib. Ələ keçirilən sənədlər və fotolara əsasən, terror təşkilatının sıralarına cəlb edilən uşaqların 13-17 yaşlarında olduğunu təxmin edilir.  /Publika.az/

Paylaş: