29 Oktyabr 2020 03:43

Dünyada bütün canlılar ölsə belə o sağ qalacaq – Ölümsüz heyvan

Ölümsüz heyvan

Tardigrad, ya da digər adı ilə su ayısı çox kiçik olsa da, dünyanın ən güclü heyvanlarından biri sayılır.

Turkustan.info ölümsüz orqanizm – Su ayısı barədə məlumatları təqdim edir.

300-700 mikrometr ölçüsündə tırtıla bənzəyən 8 ayaqlı su ayılarının “O” formasında ağzı var.

Su ayılarının 100 milyon ildən çox ömür sürdüyü düşünülür. Alimlər 150 dərəcə istiyə və 300 dərəcə şaxtaya belə dözə bilən bu mikroskopik canlının kosmosda da yaşaya biləcəyini müəyyən ediblər. 2007-ci ildə Avropa kosmos araşdırmaları agentliyi bir neçə mikro orqanizmi orbitdən çıxararaq həyat fəaliyyətlərini izləyib. Susuz qalsalar belə, su ayıları 12 gün boyunca atmosfer qatından kənarda yaşamağı bacarıblar.

Su ayısının digər bir xüsusiyyəti isə radiasiya şüalanmasına qarşı dözümlü olmasıdır. Su ayısı Yer planeti üzərindəki bütün canlıları məhv etməyə qadir kozmik fəlakətdən belə sağ çıxa bilər. “Scientific Reports” elmi araşdırmalar jurnalında dərc edilən məqaləyə görə, su ayısı qamma şüası və ulduz partlayışlarından, böyük asteroid toqquşmasından sonra da həyatda qalmağı bacarar.

Tardigrad ile ilgili görsel sonucu

Dinozavrların ortaya çıxmasına və nəslinin tükənməsinə şahidlik etmiş bu orqanizmin dünya üzərində qaldıqca ölümsüz olduğuna inanılır.

Bəs su ayısının bu gücü haradan gəlir?

Mikroorqanizmin DNT-də ona yorğan kimi bürünmüş protein qatı mövcuddur. Fövqəladə hallarda yaşaya bilən orqanizmin genlərindən gələcəkdə canlıları radiasiyadan və X şüalarından qorumaq üçün istifadə edilməsi düşünülür.   /Minval.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri