Əməkdar artist “Mətbəx işi” verilişində yeni şeiri ilə çıxış edib.

Turkustan.info xəbər verir ki, Elza Seyidcahan dəvət edildiyi proqramda “qadınlar nə istəyir?” mövzusundan danışılıb.

Aparıcı Kəmalə Piriyeva yemək bişirən Rica ustaya “xanımlar xoşbəxtliyi nədə görür” sualını verib. Bu barədə söhbət edərkən Elza Seyidcahan “Qadın nə istəyir?” şeirini yazdığını bildirib.

Ardınca Əməkdar artist özünəməxsus tərzdə yazdığı şeirini oxumağa başlayıb.    /Minval.info/