27 Oktyabr 2020 19:56

​Şəhər döyüşləri BAŞLAYIR – “Mehmetcik”i qələbəyə aparacaq 3 mərhələli PLANIN DETALLARI

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir. Martın 3-də Raco, 4-də Şeyx Hədid qəsəbələrini PKK/PYD terrorçularından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) birlikləri dünən Cinderesin mərkəzinə daxil olub.
 Turkustan.İnfo publika.az-a istinadən xəbər verir ki, bununla da Afrin ətrafındakı mühasirə halqası daha da daralıb.
Afrinin cənubunda yerləşən Cinderes bölgənin ən böyük qəsəbəsidir və strateji əhəmiyyətə sahibdir. Məlumata görə, Cinderesin mərkəzində nəzarəti tamamilə ələ keçirmək istəyən Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri ilə terrorçular arasında şiddətli döyüşlər gedir. Terror təşkilatının kritik nöqtələrə yerləşdirdiyi snayperlərin zərərsizləşdirildiyi bildirilir.
Bölgədən gələn xəbərlərə görə, əməliyyatın başlanmasından bu yana sayları 3-4 minə düşən Cinderesin dinc əhalisi məcburi şəkildə Afrinə aparılıb.
Əməliyyatın başlanmasından bu yana Türkiyə Silahlı Qüvvələri və ASO 160 yaşayış məntəqəsini ələ keçirib. Öldürülən terrorçuların sayı isə 3089-a çatıb.
Sonuncu ələ keçirilən Mazrea kəndindən Afrin şəhərinin mərkəzinə 5 kilometr qaldığı bildirilir. Türkiyə KİV-inin yazdığına görə, Türkiyə Silahlı Qüvvələri və ASO “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə üçmərhələli planla irəliləyir. Şimal, qərb və cənubdan irəliləyən birliklər birinci mərhələdə şəhəri mühasirəyə alacaq. İkinci mərhələdə terrorçuların mövqeləri bombardman ediləcək.
Sonuncu mərhələdə isə Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları, Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri şəhər döyüşlərinə başlayaraq Afrinin mərkəzində əməliyyatın final mərhələsini həyata keçirəcək.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri