31 Oktyabr 2020 05:59

Almaniya miqrantlar üçün əlçatmaz olur: Azərbaycanlıları nə gözləyir?

Almaniya Sosial-Demokrat Partiyası Angela Merkelin liderlik etdiyi Xristian Demokrat Partiyası və Sosialist İttifaqının sağçı bloku ilə koalision hökumətin formalaşmasının lehinə səs verib. Bu barədə ASDP sədrinin səlahiyyətlərini icra edən Olaf Şolts açıqlama verib. Sosial-demokratların 66 faizi yeni hökumətə “hə” deyib. Əleyhinə səs verənlər isə 34 faiz təşkil edib. Bir neçə həftə davam edən səsvermədə ASDP üzvlərinin 78,39 faizi və ya 463 min nəfəri iştirak edib. Əksəriyyət ASDP-nin hakimiyyətdə təmsil olunmasına tərəfdar çıxıb. Lakin Şolts belə bir qərarı verməyin sosial-demokratlar üçün heç də asan olmadığını deyib. 

Artıq Almaniya prezidenti Valter Ştayenmayer Angela Merkelin kansler postuna namizədliyini təsdiqləmək üçün parlamentə təqdim edib. Xanım Merkelin bu səsvermədən qalib çıxacağı və dördüncü dəfə Almaniyaya rəhbərlik edəcəyi şübhə doğurmur. 

Martın 12-də partiyalar koalisiya əsasında razılaşdırılmış nazirliklərə rəhbərlik edəcək şəxslərin adlarını açıqlayacaq. Koalisiyanın təşkilinə dair təxminən yarım il davam edən danışıqlar uğurla nəticələnib. Ekspertlərin fikrincə, kansler vəzifəsini icra edən Angela Merkel buna nail olmaq üçün ciddi güzəştlərə gedib. “Mən bu məlum nəticəyə görə ölkəmizin gələcək rifahı naminə ASDP-i təbrik edirəm” -Angela Merkel özünün tvitter səhifəsində belə yazıb. 

Xristian Sosialist İttifaqı da sagçı qüvvələrin bloku ilə ASDP-nin koalisiyasını dəstəkləyib. Səsvermə zamanı 1000 nəfər nümayəndədən yalnız 27-si bu əməkdaşlığın əleyhinə çıxıb. 

Koalisiyalı hökumətdə XDP/XSİ ilə ASDP arasında ölkənin maliyyə siyasəti və qaçqınlar məsələsi mübahisə predmeti olaraq qalır. Xeyli müddət davam edən danışıqlardan sonra A.Merkel il ərzində hər 1000 nəfər qaçqına kvota qoyulmasına razılaşıb. Söhbət ailələri Almaniyada məskunlaşmış şəxslərin bu ölkədə doğmalarının yanına gəlməsindən gedir. Bundan başqa ilkin mərhələdə partiyalar səhiyyə, xarici siyasət və əmək bazarı məsələləri ilə bağlı ortaq mövqeyə gələ bilmirdi. Bir neçə ay sürən danışıqlar nəticəsində qeyd edilən problemlərə dair ortaq məxrəcə gəlinib. Yeni hökumətdə sosial -demokratlara altı nazir portfeli ayrılıb. Xarici işlər, ədliyyə, maliyyə, əmək, ailə məsələləri üzrə, ətraf mühitin və təbiətin mühafizəsi naziri vəzifələri ASDP-yə həvalə edilib. Angela Merkelin rəhbərlik etdiyi blok isə müdafiə, iqtisadiyyat və energetika, təhsil, səhiyyə, sənaye və kənd təsərrüfatı nazirliklərini üzərinə götürüb. Bundan başqa, ekspertlərin və KİV-in rəyinə görə, vitse-kansler postunun müvəqqəti olaraq Olaf Şultsa həvalə ediləcəyi gözlənilir.  

Daxili, işlər, nəqliyyat və rəqəmsal infrastruktur, iqtisadi inkişaf nazirlikləri isə Xristian Sosialist İttifaqına idarəçiliyinə verilib. 

Almaniya Araşdırmaları Mərkəzinin rəhbəri Vladislav Belovun fikrincə, A.Merkelin ASDP-yə ən böyük güzəşti maliyyə naziri vəzifəsini müxalifətçilərə həvalə etməsi olub. Lakin almaniyalı ekspertlər ASDP-nin gənclik təşkilatlarında əksəriyyətin sözügedən koalisiyanın əleyhinə çıxdığını bildirir. Hətta partiya daxilində gənclərin lideri hesab edilən Kevin Kuenert hakim komanda ilə danışıqları və koalisiyanı boykot etməyə çağırıb. 

Ancaq koalisiya artıq formalaşıb və siyasi müşahidəçilər yeni hökumətin siyasətində əvvəlki kabinetlə müqayisədə fərqin nədən ibarət olacağını təhlil edir. Bu baxımdan, Almaniyanın xarici siyasətindəki gözlənilən yeni məqamlar da diqqəti cəlb edir. Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter hesab edir ki, indiki şəraitdə Ziqmar Qabrielin xarici işlər naziri postundan kənarlaşdırılması Rusiya ilə münasibətləri daha da ağırlaşdıra bilər. Amma Z.Qabriel Rusiya ilə münasibətləri daha yaxşı səviyyədə saxlaya bilər. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Almaniya sabit və inkişaf etmiş dövlət olduğu üçün xarici siyasətində ciddi strateji dəyişiklik gözlənilmir. Bununla yanaşı, yeni hakim komanda dönəmində bəzi yeni addımların atılacağı istisna olunmur:

“İkinci Dünya Müharibəsindən sonra Almaniyanın xarici siyasətində kəskin çevik dəyişikliklər olmayıb. Amma son zamanlar Almaniyanın xarici siyasətində bəzi yeni çalarlar diqqəti cəlb edir. Məlumdur ki, Almaniya ilə Türkiyə arasında münasibətlər son illər xeyli soyuyub. ”Amma hiss olunur ki, Angela Merkel Ankara ilə münasibətlərin yenidən normallaşmasına çalışır. Hər iki ölkənin xarici işlər nazirləri son vaxtlar tez-tez görüşür. Hətta Türkiyə prezidenti Ərdoğan da artıq Almaniya əleyhinə sərt bəyanatlar səsləndirmir. Bu, problemlərin həll olunduğundan xəbər vermir. PKK ilə əlaqəli olan kürd yaraqlıları Almaniyada yenə sığınacaq alır, FETÖ-ya bağlı təhsil ocaqları da bu ölkədə fəaliyyətini davam etdirir. Buna baxmayaraq, hər iki tərəf görünür, daha dərin qarşıdurmanın həm Türkiyəyə, həm Almaniyaya ziyan verəcəyini düşünür. Türkiyənin əsas xarici ticarət tərəfdaşlarından biri Almaniyadır. Almaniyada 3 milyona yaxın türk yaşayır. Ona görə də hər iki ölkə xarici siyasətində müəyyən korrektələr etməyə başlayıb. Koalision hökumət qurulandan sonra da düşünürəm ki, xarici siyasət həmin istiqamətdə davam edəcək. Üstəlik, Almaniya ABŞ-la münasibətlərdə gərginlik yaşamaq istəmir. Eyni zamanda, rəsmi Berlin Avropa Birliyindəki liderliyini də qoruyub saxlamağa çalışacaq”.

Qeyd edək ki, sosial demokratlar xarici miqrantların Almaniyaya girişinin məhdudlaşdırılmasını tələb edir. Tərəflərin əcnəbilərin ölkəyə daxil olmasına kvota qoyması Azərbaycana da təsirsiz ötüşməyib. Artıq Azərbaycandan gedən mühacirlərin bir çoxu geri qaytarılır. 

Elxan Şahinoğlu hesab edir ki, miqrantların geri qaytarılması halları koalision hökumət qurulmazdan öncə də mövcud olub: 

“Sənədləri qaydasında olmayan, yalan danışan miqrantları geri qaytarırlar. Almaniya müəyyən kvota çərçivəsində miqrant qəbul edir. Almaniyanın da öz məqsədi var. Ölkədə işçi qüvvəsi azalır və yeni işçi qüvvəsinə ehtiyac var. Amma həddindən artıq miqrant da qəbul edilə bilməz. Bu siyasət indi də davam edir”.    /cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri