Şb. Sen 21st, 2019

Azərbaycan telekanalında: “Vur məni, vur… Öpüş yanığıyam mən…” – VİDEO

Azərbaycan telekanalında yayımlanan “Evimin qonaqları” verilişində növbəti dəfə qalmaqal yaradacaq görüntülər yer alıb.

Turkustan.info xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlunun bu dəfəki qonağı müğənni Elza Seyidcayan olub.

Verilişdə E.Seyidcahan sənəti ilə bağlı danışarkən anidən aparıcı ona “vur məni, vur” deyib. Müğənninin onu vurmadığını görən S.Kərəmoğlu israr edib. Bundan sonra E.Seyidcahan onun üzündən sillə vurub.

Ardınca aparıcı müğənnidən vurduğu yerdən öpməyini istəyib. Elza xanım onun üzündən öpəndən sonra Sərxan Kərəmoğlu ötən dəfəki adəti üzrə müğəninin əlindən marçıltı ilə öpüb və “marçıltıma bax e, yanığam mən, öpüş yanığı” – söyləyib.

Xatırladaq ki, Sərxan Kərəmoğlu ötən verilişlərdən birində müğənni Mətanət Əsədova arasında yaşananlardan sonra gündəmə gəlmişdi. Belə ki, aparıcı əvvəlcə ona “bacı” deyib ardınca isə “+18-dir e, baldır, hər şey etmək olar…” söyləyərək qalmaqala yol açmışdı.   /Minval.info/

 

Paylaş: