Ərdoğan Afrin əməliyyatından danışdı: “Hinlərinə girdik, onlar qaçacaq, biz qovacağıq”

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan “AKP Antalya 6.Olağan İl Konqresi”nə qatılmadan öncə xalqa müraciət edib.

Turkustan.info Türkiyə müdiasına istinadən xəbər verir ki, Afrində zərərsizləşdirilən terrorçuların sayının 3.200-ü keçdiyini deyən Ərdoğan, Afrində şəhidlər də verildiyini söyləyərkən “Onların bərəkəti var” ifadəsini işlədib.

“Biz buralara 18 milyon kvadrat kilometrlərdən gəlmişik. Kiçildik, kiçildik. Artıq biz bu 780 min kvadrat kilometrdə kimsə ilə əməliyyat etmirik. İndi məhz hinlərinə girdik. Qaçan qaçanadır. Onlar qaçacaq, biz qovalayacayıq”, – deyə Ərdoğan əlavə edib.

Afrində iş bitir deyən Ərdoğan, Suriyada işğal siyasəti aparmadıqlarını diqqət çəkib: “Suriyanın 850 kvadrat kilometr ərazisi nəzarətimiz altındadır. Hədəf 2 min kvadrat kilometri (Afrin) nəzarətimiz altına almaqdır. Dərdimiz torpaq deyil, terrorçuların təmizlənməsidir. Biz tarix boyu işğalçı olmadıq, müstəmləkəçi olmadıq.” – deyə Türkiyə prezidenti bildirib.    /A24.Az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al