29 Oktyabr 2020 09:13

Jurnalistlərin 7-ci qurultayı öz işinə başladı – FOTOLAR

Azərbaycan Jurnalistlərinin 7-ci qurultayında Ali Məclis öz işinə başlayıb. İlk olaraq dövlət himni səsləndirildikdən sonra prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Məktubda qeyd olunur:

“Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılıb. Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılmış, rredaksiyaların maddi texniki bazasının məhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, mətbuat hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub. Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin birinci qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Ötən 15 ildə Mətbuat Şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təklifləri ilə çıxış etmiş, dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib. Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutmuş və cəmiyyətdə böyük nüfuz qazanmışdır. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirilməsi bunun əyani sübutudur. Hazırda güclü iqtisadi və maliyyə potensilaına malik Azərbaycan Respublikasında hər bir sahənin, o cümlədən də kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzunua ciddi təsir göstərdiyi müasir dövürdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipal olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir. İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırki vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək. Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə möhkəm can sağlığı və qurultayın işinə uğurlar arzulayıram”.

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov  jurnalistlər adından dövlət başçısına təşəkkür edib.

Ə.Amaşov bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə də təbrik edib.

Mətbuat Şurasının sədri bildirib ki, ötən qurultaydan keçən müddət ərzində Mətbuat Şurasına 3145 şikayət daxil olub: “Müraciətlərdən 2213 şikayət həllini tapıb, 932 ilə bağlı razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib. Şikayətlərdən 159-u reketçiliklə mübarizə komissiyasında araşdırılıb. Reket jurnalistika ilı bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndəliklərinə etinasızlıqla bağlı xəbərdarıq edilib”.

Ə.Amaşov qeyd edib ki, Şuraya 15 il ərzində 12 mindən çox şikayətin daxil olması Mətbuat Şurasının əhəmiyyətindən xəbər verir: “Biz bu şikayətlərin olmamasını istərdik. Cəmiyyətlə bərabər dövlət də Mətbuat Şurasına etibar edir. Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyəti necədir onu anlamırıq. Şuraya qarşı fikirlər səsləndirənlər bizi jurnalistlərə qarşı olmaq, dövlətin tərəfini saxlamaqda ittiham edirlər. Lakin Şuraya müraciətlərin 70 faizindən çoxunda jurnalistlər haqlı görülüb. Əlbəttə, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir. Lakin müasir dövr medianın reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının əlavə dəyər vergisinin götürülməsi bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynamalıdır. Bu mənada çap medianın satışına geniş imkanlar yaratmalıyıq, qəzet köşkləri ilə yanaşı metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazarının istənilən səviyyədə olmamasından onlara dövlət dəstəyi mütləqdir: “Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də bu dəstək olmalıdır”.

Qurultay davam edir.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.    /musavat.com/

  •  

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri