“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişinin növbəti buraxılışında qalmaqallı anlar yaşanıb.

Turkustan.info xəbər verir ki, proqramda bu dəfə ekstrasenslərin fəaliyyəti barədə müzakirələr aparılıb.

Qonaqlardan biri, həkim Qabil Əsədov bu peşənin əleyhinə olduğunu və buna inanmadığını dilə gətirib.

Bu zaman ektrasens Bayram Nurlu özündən çıxıb: “Bu insanı görmədim, bir dəfə ekrana çıxıb desin ki, filankəsi müalicə etdim. Ancaq ekstrasenslərlə qırışır. Nə istəyirsiniz bizdən?”

Veriliş boyu qonaqlarla sözügedən peşə ilə məşğul olanlar arasında gərginlik yaşanıb.

Bu zaman əsasən Türkiyədə fəaliyyət göstərən ekstrasens Həsən Həsrətli ilə Cavid Əhmədoğlu adlı  gənc jurnaslist arasında dava düşüb.

Ektrasens gənci ona hörmət etməyə çağırıb, ardınca isə qonağın sözlərinə qəzəblənib:“Qarşında oturan iki universitet qurtarıb, kimsən, ə? Sənə çıxanda göstərəcəyəm. Sənin mənə söz deməyə şəxsiyyətin yoxdur. Səsini kəs, gündəmə gəlmək istəyirsən”.

“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişi həftədə iki dəfə, 4-cü və 5-ci günlər saat 21:45-də efirə gedir.

Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Minval.İnfo saytıdır.