Türkiyədə qətlə yetirilən azərbaycanlı transseksual Kristinanın ölümündən öncə çəkilmiş görüntülər yayılıb.

Turkustan.info xəbər verir ki, hadisə o, iranlı Aşkan Kazemi ilə otelə gəldikdən bir az sonra baş verib. Oteldən həyəcanlı şəkildə ayrılan iranlı turist taksiyə əyləşərək oradan uzaqlaşıb.

Aşken Kazemi ifadəsində bildirib ki, intim əlaqə üçün razılaşdığı şəxsin qadın olmadığını görüb və ondan oteldən getməsini istəyib. “Kristina” isə pul almaq üçün israr edincə, mübahisə düşüb və onu qətlə yetirib.

Xatırladaq ki, hadisə dünən gecə İstanbulda baş verib. “Kristina” ləqəbli transseksual Ramil Əliyev yaşadığı evdə çoxsaylı bıçaq zərbəsi alıb. 

Qətlə yetirilən transseksualın meyiti hazırda Türkiyədədir. Onun meyiti yaxınlarının İstanbula getməsindən sonra veriləcəyi bildirilir.

Xatırladaq ki, qətlə yetirilən transseksual bir neçə il bundan əvvəl hücuma məruz qalmışdı.

İstanbul'da feci son! İranlı travestinin boğazını kesip...