16 Yanvar 2021 03:09

SON DƏQİQƏ: Yevlaxda şagirdləri daşıyan avtobus qəzaya uğradı

Yevlaxda şagirdləri daşıyan “Vito” markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.
Turkustan.info report.az-a istinadən bildirir ki, onlar 2003-cü il təvəllüdlü şagirdlərdir.
Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.
Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

Paylaş: