21 Oktyabr 2020 20:44

İraq hökuməti və Mosul məclisi PKK-ya 10 gün vaxt verdi: “Buradan çəkilin” – Ankaranın xəbərdarlığı təşviş yaratdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İraqın baş naziri Heydər əl İbadi ilə görüşdən sonra “PKK Mosulun Sincar rayonundan çıxmalıdır. Yoxsa İraqdakı seçkidən sonra orada hərbi əməliyyata başlayacağıq” bəyanatı rəsmi Bağdadı hərəkətə gətirib.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün İraq Mərkəzi Hökuməti ilə Mosul şəhər Məclisi birgə toplantı təşkil edib. 
Toplantıdan sonra Mosul məclisinin sədri Beşir Kiki açıqlama verib.
O, bildirib ki, İraq mərkəzi hökuməti ilə birlikdə keçirilən toplantıda PKK-nın Sincar rayonundan çıxarılmasına qəti qərar verilib: “Sincarda dövlət binalarını əlində saxlayan və bununla da idarəetməni iflic vəziyyətinə gətirən PKK-ya buranı tərk etməsi üçün 10 gün vaxt verdik. PKK-nın bu rayonda qalması mümkün deyil. Onlara görə məmurlar da vəzifələrini icra edə bilmirlər. PKK ilə bağlı Mosul məclisinin və İraq hökumətinin mövqeyi qətidir. Təkrar edirəm, PKK-nın buradan çıxması lazımdır. Bunun üçün iş başındayıq və bütün addımları atmalıyıq”.
Xatırladaq ki, 3 avqust 2014-cü ildə İŞİD-in Mosula hücum etməsini bəhanə edən PKK Sincara yerləşib. Kürdlərin referendumundan sonra isə İraq hökuməti Mosul və ətraf bölgəyə hərbi qüvvə yeridib. O zaman Kürd Muxtar Vilayətinə bağlı olan peşmərgələr Sincar və ətrafındakı ərazilərdən də geri çəkildi. Bunu fürsət bilən PKK-ya bağlı terrorçular Sincardakı güclərini daha da artıraraq, dövlət idarələrini də zəbt ediblər. O vaxtdan onlar Sincarda daha da möhkəmlənərək, terror havası əsdirməyə başlayıblar.   /Mia.az /

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri