21 Oktyabr 2020 03:12

“Tramadol” narkoloji xəstələrin “lomka”ağrılarını sakitləşdirir” – Psixiatr-narkoloq Rəşad Sevdalıyev

Tramadol narkoloji xəstələrin “lomka”ağrılarını sakitləşdirir…

İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları,intihar halları və s. amillər. Son zamanlar isə sadalananların sırasına biri də əlavə olunub. Bu, ağ ölüm adlandırdığımız narkomaniyadır. Narkomaniya birbaşa intihar halı olmasa da, onun insanları tədricən məhv etdiyini, ölümə sürüklədiyi inkaredilməzdir.Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin  pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir.

 Bütün ölkələrdə praktiki olaraq narkomaniya əsasən gənclər arasında çox yayılıb. Ən çox narkoman 18 yaşından 25 yaşına qədər olan yaş qrupuna aiddir.  Əsasən bu faktor bütün narkotik növləri üçün aktualdır.

Narkotik maddələrdən istifadə edən insanlarda ilk əvvəl xoş hisslər yaranmağa başlayır və istifadəçilər bu aldadıcı təsirin, yəni sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayır. Bu qənaətin yanlış olduğunu isə deməyə heç ehtiyac yoxdur.

Narkotikin aludəçisi olanlarla aparılan sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib. Əlbəttə, narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması da faktdır.

Təəssüflər olsun ki,Azərbycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artır. Ölkəmizdə 30 minə yaxın narkotik istifadəçisi var.Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların sayı da ildən ilə artır və təəssüflə qeyd etmək lazımdır ki, onların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.Ağ ölümün ölkəmizdə yaşının da cavanlaşması məsələnin ciddiliyindən xəbər verir.

Ekspertlər isə həyəcan təbili çalır.Ölkəmizdə ağ ölümün qurbanları durmadan artır. Pisixoloq-ekspert Samir Əhmədov hesab edir ki, narkotik daha çox sosial xəstəlikdir. “Azərbaycan elə coğrafi yerdə yerləşir ki, narkotik üçün tranzit şəraitə malikdir. Hüquq-mühafizə orqanları da daxil olmaqla cəmiyyət nə qədər də calışsa da, narkotik istər istəməz İran, Əfqanıstandan keçib Rusiya və digər ölkələrə aparılır. Paralel olaraq Azərbaycanda da narkotikin miqdarı çoxalır, qiyməti isə aşağı düşür. Əsasən məktəblilər və cavanlar üçün onu tapmaq çətin deyil, böyük maliyyə də əetmir. Nəticə isə odur ki, narkotik istifadəçilərinin sayı durmadan artır”.

Ölkədə narkomanlıqla mübarizə sahəsində müxtəlif dövlət qurumları tərəfindən ciddi tədbirlərin həyata keçirilir.Cavanlaşan ağ ölümdən əziyyət çəkənlər üçün müalicə-reabilitasiya mərkəzlərinin açılması ilk növbədə dayanan məsələlərdəndir.

Məşhur yazıçı Lev Tolstoy “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır”.söyləyib. Doğurdanmı bu xəstəliyə tutulanların sağalma şansı yoxdur?Bu xəstəliyə qarşı necə mübarizə aparılmalıdır?

Narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır.

Psixoloqların fikrincə, araşdırmalar zamanı bəlli olur ki, bu şəxslər dispanserə adətən o zaman müraciət edir ki, onların ailəsi və yaxın adamları buna məcbur edirlər. Və ya narkomanların pulu qurtarır, ağrılara dözə bilmir və xəstəxanaya müraciət edir. Deməli, o xəstəxanadan çıxdıqdan sonra da bu zərərli maddədən yenə istifadə edəcək.

Son zamanlar tərkibində metadon və kokain olan maddələrdən də istifadə genişlənməyə başlayıb. Görəsən bəzi narkotik ve güclü ağrı kəsici təsirə malik maddələrin Azərbaycanda satışına icazə varmı? Narkotik ve ağrıkəsici maddələr üç yerə bölünür. Respublika ərazisində dövriyyəsi qadağan edilən, dövriyyəsi məhdudlaşdırılan və dövriyyəsinə icazə verilən narkotik və kəskin ağrı kəsici maddələr. Birinci bölgüyə aid olan istənilən narkotik və pisxotrop maddələrin, dərmanların respublika ərazisində idxalı və satışı qadağandır.Dövriyyəsi məhdudlaşdırılan maddələrin isə dövriyyəsinə Nazirlər Kabinetinin sərəncamına əsasən yalnız dövlət stasionar müəssisələrində istifadəsinə icazə verilir. Dövriyyəsi nəzərdə tutulan maddələrin isə pərakəndə satışına icazə verilir, o halda ki, Səhiyyə Nazirliyinin rəyi alınsın və daxili İşlər Nazirliyi mülki icazə versin.

Danılmaz faktdır ki Azərbaycanda günü-gündən çoxalan narkomanların sayı ailələrdə çox ciddi problemlər yaradır.Adının çəkilməsini istəməyən ananın dedikləri ağ ölümün bütün çılpaqlıqlarını göstərər.

“Artıq neçə ildir ki övladım bu xəstəlikdən əziyyət çəkir.Narkoloji dispanserdə də yatıb.Evə gətirmişik.Nəzarətsiz qoymuruq.Lakin narkotkdən asılıdır.müalicə gücünə saxlayırıq.Ağrıları başlayanda aptekdən aldığımız güclü ağrıkəsici təsirə malik dərmanla sakitləşdirməyə çalışırıq. Ən çox da tramadol dərmanından istifadə edirik ki oğlumun ağrıları heç olmasa biraz azalsın”

Digər valideyin isə bu ananın sözlərini təsdiqləyərək bildirir ki,narkaloji xəstəlikdən əziyyət çəkən övladının el arasında “lomka ağrılar” kimi adlandırılan dözülməz ağrıları tutan zaman onu sakitləşdirmək üçün Tramadol tərkibli dərmandan istifadə edir.Lakin valideyinlərin narazı olduğu daha bir məsələ var.Belə ki,onlar bu dərmanları əldə edə bilmirlər.Onların bildirdiyinə görə Bakı şəhərində bu dərmanları satan bəzi apteklər öz fəaliyyətini dayandırılıb,Onları işlədən sahibkarlar isə tutulub.Narkoloji xəstələrin valideyinləri söyləyir ki,həkimlərdən bu dərmanların alınması üçün resept yazılmasını istəsələrdə bunu yazmırlar elə bu səbəbdən də bu sakitləşdirici vasitələri ala bilmirlər. Müraciət etdiyimiz həkimlər isə bizə “gedin narkoloji dispanserdə yatın” deyirlər.Ordakı şərait və baş verən faciə də göz önündədir.İndi biz övladlarımızı kimə və neçə etibar edək?

Bu dərmanla bağlı sosial mediada belə yazılır: “Güclü ağrıkəsici təsirə malik dərmanlardan ən çox istifadə olunan və apteklərdə satılan Tramadol dərmanıdır.“Tramadol” ağrıkəsici dərmandır. “Tramadol” tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, narkaloji və ankoloji xəstələr, istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır. “Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. “Tramadol”un Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.Azərbaycanda isə yalnız həkim resepti ilə satışına icazə var”.

Mövcud məsələ ilə bağlı Bərpa Tibb Mərkəzində psixiatr-narkoloq Rəşad Sevdalıyevin fikirlərini öyrəndik.

“Narkomaniya tək Azərbaycanın yox,bütün dünyanın bəlasıdır.Son məlumatlara görə Respublika Narkoloji mərkəzində hal-hazırda 30 minə yaxın narkoloji xəstə qeydiyyatdadır.20-22 minə yaxını isə qeydiyyatdadır.Ümumdünya səhiyyə təçkilatının da dediyi kimi bu real rəqəmlər deyil.Çünki bəzi xəstələr var ki,gizli müalicə olunur,qeydiyyata düşmür və anonim müalicə alırlar.Buna görə də real rəqəmləri6,10-a vurmaq lazımdır.Bu xəstəlik sırf beyin xəstəliyidi.Yəni psixatrop maddədən asılılıq yaranır.Dünyanın hər yerində buna qarşı mübarizə aparılır,tədbirlər görülür,lakin hələki lazımı effekti almaq mümkün olmayıb.2002-ci ildə narkologiya haqqında dövlətimiz bir qanun qəbul edib.Qanuna əsasən narkoloji xəstələrdə müayinə və müalicə könüllüdür.Bəs narkoloji xəstələr kimə deyilir?İstənilən fiziki və psixi asılılıq gətirən maddələrdən asılı olan şəxslər narkolji xəstə adlanır.Tütün,alkoqol psioktiv maddədir,yəni asılılıq yaradır.Bu şəslərin müalicəsi var.Məcburi müalicəyə ancaq məhkəmə qərar verə bilər.İstər qeydiyyatda olan,istər olmayan xəstələr dövlət hesabına müalicə alır.Anonim müalicə alanlar isə dərmanlarını özləri alırlar.Xəstələrin qeydiyyata götürülməsində də müəyyən yollar var.Xəstə könüllü olaraq gəlib deyirsə məndə bu xəstəlik var,onu müayinə edirlər və xəstəlik aşkarlanarsa o qeydiyyata alınır və dövlət hesabına müalicə olunur.Yaş kateqoriyasına bölsək Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin çoxu gənclərdir.25-40 yaş arası əsasən.

Xəstələrin müalicəsində istifadə olunan müəyyən dərmanlar var,hansı ki sakitləşdirici kimi istifadə olunur.Bu barədə nə deyə bilərsiz sualına həkim bildirdi ki,”Vətəndaşlarımız bəzən səhv salır.Bizim başqa xəstələrimiz də var,məsələn onkoloji xəstələr onların da müalicəsində Tramadol kimi dərmanlardan həkim təyinatı ilə istifadə etmək hüququ var.Apteklərdə bu dərmanın satışına icazə var,Amma nəzarət daxilində.Həm dövlət,həm Səhiyyə nazirliyi tərəfindən nəzarət olunur.Yani qadağan olunmuş psixotrop dərmanların satışı həkim resepti ilə tək tək satılır.Bu haqda səhiyyə nazirliyinin də əmri var.Həkimin yazdığı resepti aptekə aparan şəxs resepti təqdim edərək dərmanı əldə edə bilər.Apteklər artıq reseptin kopyasını alır.yəni artıq belə işləyirlər.Bu dərmanların qeyri leqal yolla satışı da var,”qara bazar” dan əldə edənlər də olur.Aptekdən ala bilməyən şəxs bu psixotrop maddəni kənardan da istəsə əldə edə bilir.Tramadol özü narkotik-agrıkəsicidir, opied qrupuna daxil olan narkotik agrikəsici dərmandır.Həkim tərəfindən resept yazılıbsa səhiyyə nazirliyi tərəfindən də satışına icazə var.Aptekin lisenziyası varsa qanun çərçivəsində bu qrup dərmanları sata bilər.Əvvəllər ola bilsin ki,bu dərmanları apteklərdən reseptsiz alanlar olurdu,lakin indi dərmanların satışına ciddi nəzarət var və qanuna əsasən yalnız həkim resepti əsasında satışına icazə var.Antideprisantlar,psixatrop dərmanların üst möhürü varsa,resept əsasında təyinatı üzrə apteklərdən qanunla satışı qadağan deyil.Tramadol dərmanının tibbi baxımdan əhəmiyyətinə gəlincə tibbi göstərişləri də var,yani onkoloji xəstələrdə,və ya bud sümüyü sınan bir xəstənin agrılarını kəsmək üçün istifadə olunur.

Bütün dərmanlar Səhiyyə nazirliyi tərəfindən qeydiyyatdan keçir və satışı dövlət tərəfindən tənzimlənir.Apteklərə verilməsi,satışı nazirliyin nəzarətindədir.Apteklərə dərman satışı üçün lisenziya verilir,ama psixotrop dərmanların satışı üçün də o apteklərə əlavə bir lisenziya verilməlidir.Həmin apteklər də qanun daxilində öz işini görür,yəni resept əsasında gəlirsə o dərmanların satışında heç bir problem yoxdu.

Dispanserlərdə müalicə alan xəstələrin agrıları olursa həkim nəzarətində olur,müayinədən keçir ehtiyyac varsa o psixotrop dərmanlardan sözsüz ki istifadə olunur.

Ümumiyyətlə psixatrop dərmanlar reseptə tək –tək yazılmalıdır.Xəstə qeydiyyatdadırsa həkim ona bu dərmanı reseptə yazır və lisenziyasi olan aptekdən əldə edilir.Reseptsiz satılan dərmanlar qeyri qanunidir,bu işlə məşğul olanlar məsuliyyətə cəlb oluna bilər.

Ölkəmizdə narkoloji xəstələr üçün metodon proqramı var.Bu proqrama əsasən qeydiyyatda olan xəstələr dövlət hesabına müalicə olunur.Ama dərmanlara gəlincə resept əsasında apteklərdən alınır.Yani onkoloji şəkərli diabet kimi narkoloji xəstələr pulsuz dırmanla təmin olunmur.

Əyər həkim də xəstəyə dərmanları əsassız olaraq yazırsa belə deyək,həkimin özünə də 2 il iş kəsirlər.Əyər xəstə qeydiyyata düşübsə,müalicə alirsa onda həkim bu resepti yazır təyinatı üzrə və xəstə aptekdən bu dərmanı əldə edir.Həkimlər də vəziyyətə uyğun olaraq dərman yazır.”

Cəmiyyətdə bir problem digərini yaradır. Düşünülməmiş atılan hər addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür. narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. Görəsən, ətrafımızdakı insanların bu zəzərli vərdişin əsirinə çevrilməyində günahkar kimdir? Cəmiyyət? İnsan münasibətləri? İnsan özü?

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri