24 Oktyabr 2020 18:25

Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başlayıb

Hədəf Liseyi 2018-2019-cu tədris ilində fəaliyyətinə başladığını və həmin tədris ili üçün şagird qəbulunu elan edir.

Turkustan.info xəbər verir ki, Hədəf Liseyi “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey STEM qısaltmasının ifadə etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin əlaqəli və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris olunması məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə, lisey təhsil proqramında Prezident İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, STEM konseptini əsas götürür.

Hədəf Liseyi ölkəmizdə STEM A əsaslı təhsil verən ilk özəl liseydir. STEM elm, texnologiya, mühəndislik və riyaziyyat (Science, Technology, Engineering, Math, Art) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır. UNESCO-nun müvafiq hesabatında mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki olduğu, hazırda dünya miqyasında ixtisaslı mühəndis kadrların çatışmadığı, bu vəziyyətin yaxın gələcəkdə də davam edəcəyi bildirilir. Qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar STEM əsaslı təhsilin geniş yayılmasını milli stratejik hədəf kimi görür və STEM əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır.

Azərbaycanın STEM əsaslı təhsil verən ilk müəssisəsi – Hədəf Liseyi bu mütərəqqi təhsil praktikasını ölkəmizdə tədris etmək üçün təsis olunub. Liseyin şagirdləri fənn dərsləri ilə yanaşı, İnteqrasiya Mərkəzində, atelyelərdə, fənn kabinetlərində, laboratoriyalarda və interaktiv sinif otaqlarında müşahidə aparmaqla, əlləri ilə toxunmaqla, tətbiq etməklə öyrənmə prosesində fəal iştirak edib müxtəlif cihaz, qurğu və mexanizmləri liseyin təmin etdiyi imkanlar sayəsində dizayn edə, hazırlaya, proqramla təmin edə və test edə biləcəklər.

Dünyada alternativ gücə çevrilən texnologiya şirkətləri bəşəriyyətin həyatı üzərində getdikcə artan təsirə sahibdir. Texnologiyadan qaynaqlanan iqtisadi güc isə elm olmadan mümkün deyil. Müasir dünyanın bu reallıqlarını və inkişaf istiqamətlərini nəzərə alaraq, liseyin hədəfi XXI əsrin “BİLGƏ azərbaycanlısı”nı yetişdirməkdir.

Şagirdlərin hərtərəfli inkişafı hədəfi reallaşdırmaq üçün fənn tədrisi və otaqları ilə yanaşı, liseydə müxtəlif dərnəklər, diskussiya klubları, texniki və bədii məşğələlər, idman və sosial fəaliyyətlər də nəzərdə tutulur. Şagirdlər üçün zəngin tədris və sosial mühit təmin etmək bizim başlıca vəzifəmizdir.

Lisey Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən etibarən Bakı və Sumqayıt şəhərlərinin 38 məktəbində tətbiq edilən “Sağlam Təhsil-Sağlam Millət” layihəsinə qoşulacaq.

“Sağlam Təhsil-Sağlam Millət” layihəsinin özünə məxsus sinif quruluşu və inteqrativ dərs metodikası ilə şagirdlərin fiziki və psixoloji sağlamlığı qorunur, onların sosiallaşması və dərsləri dərketmə bacarıqları artırılır.

Hədəfi müasir tələblərə cavab verən, yaradıcı düşünən, özünü daima yeniləyən, koqnitiv və motor bacarıqları yüksək, elmi-texniki tərəqqinin aparıcı istiqamətlərində əlavə dəyər yaradacaq mütəxəssislər yetişdirmək olan valideyn və şagirdlər bu məqsədi Hədəf Liseyində reallaşdırmağa davət olunurlar.

Tədrisini “Hədəf konsepti” ilə quran lisey beynəlxalq Azərbaycan brendi olmağı qarşısına hədəf qoyub.

Hədəf Liseyinin qurucu direktoru tanınmış pedaqoq, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Qeyd edək ki, qəbul imtahanları və qeydiyyat tarixi, eləcə də valideyn və şagirdləri maraqlandıran bütün digər suallara cavabları liseyin səhifəsinə daxil olmaqla və ya ( 994 50) 2722018; ( 994 70) 2722018; *2018 telefon nömrələri vasitəsilə əldə etmək olar. Elektron poçt ünvanı: hedefliseyi.edu.az

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri