29 Oktyabr 2020 08:32

Fazil Mustafa özündən çıxdı: “Geri zəkalı gənclər yığını, nadanlar…”

“Azərbaycanda cahil, nadan, geri zəkalı bir gənclik var ki, bunlar üçün oxumaq, öyrənmək deyilən anlayış yoxdur. Sadəcə, şəxsimə qarşı qara piar aparmaqla özlərini inkişaf etdirmək istəyirlər”.

Turkustan.info xəbər verir ki, bu sözləri Milli Məclis deputatı Fazil Mustafa qeyd edib. O, sosial şəbəkələrdə yayılan fotosu haqda münasibət bildirərkən belə deyib.

Deputat qeyd edib ki, özlərini turançı adlandıran nadanlar təsadüfən tərs tutduğu bayraqla şəklini paylaşıb əleyhinə mənfi sözlər yazmaqla özlərini ovudurlar: “Azərbaycan Bayrağını qaldıran insanlara bayraq dərsi keçməyə çalışan bu cahillərin saxta milliyətçiliyini dəfələrlə cəmiyyətə göstərmişik. Digəri Azad Bitərəf Gənclər Birliyidir ki, mən bunları Geri Zəkalı Gənclər Yığını adlandırıram. Kitab oxumaq, nələrisə öyrənmək əvəzinə, işləri-gücləri iqtidar təmsilçilərinə qarşı 20-30 il öncə söylədiyim ifadələri mətndən çıxararaq müzakirə etməkdir. Bu geri zəkalılar kitab oxumadıqlarına görə anlamırlar ki, bizim bütün yazdığımız fikirlər ayrı-ayrı vaxtlarda nəşr olunan kitablarımızda yer alır. Niyə buna xüsusi diqqət yetiririk, çünki həqiqətən də gənclik adı ilə cahilləşmənin gələcəyimiz üçün nə dərəcədə təhlükəli olduğunu bildiyimizdən, indidən sağlam yol izləmədiklərini görüb üzülürük”.

Fazil Mustafa bununla yanaşı, Azərbaycan internet məkanına fəaliyyət göstərən bəzi saytlar barədə sərt sözlər bildirib: “Bəzi siğə saytları böhtançılıqla məşğul olan, xutafat, cəhalət əleyhinə səsləndirdiyimiz fikirlərə qarşı dərhal qoruyucu qalxanla çıxış edənlərin, yəni fars-erməni saytlarının bizdən nə istədiyi bəll olduğundan əhəmiyyət vermədən öz yolumuza davam edirik. Gəncləri dedi-qoduya deyil, oxumağa, öyrənməyə yönləndirməmiz vacibdir, sabahın xilaskarı kimi baxdığımız bu insanlar qaragüruhçuluğun təmsilçiləri kimi yetişəndə, bunun zərbəsini ilk olaraq düşüncə adamları alacaqdır”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri